SON DƏQİQƏ:

ERMƏNİLƏR LAYİQ OLDUQLARI CAVABI ALACAQLAR

  135174   |  
Şriftin ölçüsü  

Bu gün dünya ictimaiyyətinin gözü qarşısında baş verən ədalətsizliklər bir növü adi hala çevrilib. Və bu adilik də artıq saysız-hesabsız qurbanların verilməsini də adiləşdiribdi. Bu işdə BMT-nin zəifliyi, heç bir səlahiyyət sahibi olmaması, eləcə də illərdi ki, başımızın altına yastıq qoyan ATƏT-ni Minsk qrupunun oynadığı rol da, tutduğu və həyata keçirdiyi ikili standart da göz önündədi. Deməli, bütün bunlar onu göstərir ki, beynəlxalq güclər kimi beynəlxalq təşkilatlar da açıq-aşkar həqiqətin yox, ədalətin yox, işğalın, işğalçının yanındadılar. Üstəlik, bu həm də onu göstərir ki, Qafqazda toqquşan maraqlar Azərbaycan ədalətini kölgələyir və Ermənistanın işğalçı siyasətinə dəstək verir.

Bəli, real vəziyyət indi bütünlüklə göz önündədi. Hətta azacıq siyasətdən anlayışı olan, baş verən hadisələrdən bilgi toplaya bilən hər kəsə məlumdu ki, ermənilər öz havadarlarının, eləcə də onlara xristian həmrəyliyi dəstəyini verənlərin əlini öz kürəyində hiss etdiyindən danışıqlar prosesini uzatmaq üçün hər cür vasitələrə əl atır, üstəlik, özünün işğalçı niyyətini də gizlətmir. Bu mənada Azərbaycanın işğal olunmuş ərazilərində həyata keçirilən məəskunlaşma, eləcə də Şuşada, Laçında, Kəlbəcərdə və digər kənd və şəhərlərimizdə ermənilərin apardıqları tikinti işləri, həmçinin Azərbaycanın yeraltı, yerüstü sərvətlərindən həyasızcasına bəhrələnmək bu dediklərimizə aşkar bir sübutdur. Çox qəribədir ki, bütün bunlar da məhz həmsədrlərin, yəni ABŞ, Fransa və Rusiya kimi qüdrətli dövlətlərin bilavasitə gözləri önündə həyata keçirilir. Bu prosesə müxtəlif don geyindirən ermənilər, eləcə də Ermənistanın baş naziri Nikol Paşinyan özünün müsahibə və çıxışlarında, açıqlamalarında birmənalı şəkildə Azərbaycan torpaqları barəsində öz mal-mülkləri kimi fikir yürüdür, bu torpaqların sahiblərini sanki görmürlər.

Bu ilin sentyabr ayında qondarma Dağlıq Qarabağ Respublikasının başçısı özünün açıqlamasında vurğulayıb ki, onlar Azərbaycanla olan münaqişəni nizamlamaq üçün yerli prinsip irəli sürüblər. Həmin açıqlamadan sonra Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması da bəyanat yayıb. Həmin bəyanatda vurğulanıb ki, "Ermənistan həm özü, həm də işğal olunmuş ərazilərində yaratdığı qondarma qurumun dili ilə ölkəmizə qarşı təxribatçı bəyanatlar verməkdə davam edir. Bir müddət öncə Ermənistanın baş naziri Nikol Paşinyan da əsassız və təxribatçı yerli prinsip ilə çıxış etmişdi. Azərbaycan Respublikasının prezidenti İlham Əliyev cənabları da bununla bağlı yalnız bir şərt irəli sürür:

- Ermənistan öz qoşunlarının Azərbaycanın işğal olunmu. ərazilərindən çıxarmalıdır!"

Dağlıq Qarabağın Azərbaycanlı İcması da ölkə prezidentinin mövqeyini  birmənalı şəkildə müdafiə etməklə Ermənistanın və qondarma respublikanın başçılarının 7 prinsipinə etiraz olaraq bildirir ki, "Ermənistan Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazilərini işğal edib, etnik təmizləmə aparıb. Bir milyona qədər azərbaycanlını öz doğma yurd-yuvalarından didərgin salıb, işğal olunmuş torpaqlarımızda cinayətkar rejim yaradıb. Odur ki, cəzasızlıqdan və həyasızlıqdan qaynaqlanan bu "prinsiplər" tamamilə qəbuledilməzdir. Danışıqların formatı dəyişə bilməz, münaqişənin tələbi Ermənistan və Azərbaycan, maraqlı tərəf isə Azərbyacanın Dağlıq Qarabağ bölgəsinin erməni və azərbaycanlı icmalarıdır."

Bəli, bu gün Ermənistanın davamlı şəkildə atəşkəsi pozması həmsədrlərin və dünya ictimaiyyətinin laqeydliyi üzündən müharibəni qaçılmaz edir. Artıq Azərbaycan ordusu düşmənə həm 2016-cı ilin aprelində, həm də bu ilin iyulunda öz gücünü göstərib. Demək olar ki, ordumuz düşməni təkcə susdurmaq yox, həm də ərazilərimizdən qovub çıxarmaq gücündədir. Lakin həmişə sülhpərvərliyi ilə seçilən xalqımız Qarabağ düyününü də danışıqlar yolu ilə həll etmək yoluna üstünlük verməklə dünyaya göstərib ki, baş verəcək böyük savaşda bütün məsuliyyət Ermənistanın üzərinə düşəcək. Əgər mətbuatda yayılan bilgilərə diqqət yetirsək, onda görərik ki, məsələnin ciddiliyi erməni  politoloqlarını da rahatsız edir. Belə ki, erməni politoloqu Artur Danielyan özünün soz açıqlamasında vurğulayıb ki, "Paşinyanın Ermənistanı bataqlıqdan çıxarmaq üçün nə konkret proqramı, nə də "yol xəritəsi" var. Ona görə də biz torpaqları geri verməsək, Azərbaycan bunu hərbi yolla edəcək. Paşinyan pat vəziyyətdə qalacaq".

Həmin mövqeni digər bir erməni politoloq olan Levon Şirinyan da qabardıb. O da vurğulayıb ki, "artıq neçə ildir ki, hamımız mühacirətdən danışırıq. Və bilirik ki, Ermənistanın bir dövlət olaraq mövcudluğu və gələcəyi Dağlıq Qarabağ amilindən asılıdır. Buna görə də Ermənistanda vəziyyətin düzəlməsini istəyənlər öz qoşunlarını Azərbaycanın torpaqlarından çıxarmalıdır. Çünki gələcəyimiz Azərbaycanla qonşuluq prinsiplərinə əməl etməkdən keçir".

Bütün bu sitatların özündən də göründüyü kimi, Ermənistanın özündə də artıq dərk edirlər ki, müharibə qaçılmazdır və bu qaçılmaz müharibənin də məsuliyyəti Ermənistan hakimiyyətinin üzərinə düşür. Onlar nə qədər prosesi uzatmağa çalışsalar da, bunun sonu olmalıdır. Azərbaycanın baş nazirinin müavini, YAP-ın Sədr müavini - icra katibi Əli Əhmədov özünün son açıqlamalarında vurğulayıb ki, "Erməni təxribatları və Minsk qrupunun susqunluğu göstərir ki, ATƏT-in Minsk qrupu birtərəfli müşahidəçiyə çevrilib. Bu da yumuşaq desək, təəccüb doğurmaya bilmir. Onsuz da Minsk qrupu münaqişənin bu qədər uzanmasını, düzgün və ədalətli mövqe tutmaması, məsuliyyətdən yaxasını çəkməsi mümkün deyil. Onlar bunu edə bilməz. İndi isə Misk qrupunun gözü qarşısında ermənilər yeni, daha acı nəticələrə gətirib çıxara biləcək cinayətlər törətməkdədilər."

Doğrudan da ermənilərin həm hərbi sahədə, yəni atəşkəsi pozmaqla, həm də Dağlıq Qarabağ və ətraf rayonlarda Suriya ermənilərini yerləşdirməklə ərazilərimizdə ekoloji problemlər yaratmaqla onlar özlərinin təkcə işğalçılıqlarını yox, həm də həyasızlıqlarını bir daha göstərirlər. Biz işğal altında olan ərazilərimizdə ermənilərin, xüsusilə Həkəri və Bərgüşad çayının sahillərində salınmış Çinar meşələrini, qoz, tut, ərik, albalı ağaclarını, eləcə də digər qiymətli ağaclarımızı, meşə sahələrimizi məhv etməklə, bizim və regionun ekologiyasına ciddi zərbələr vururlar. Aparılan araşdırmalar göstərir ki, bu gün erməni vandallarının törətdikləri ekoloji terror Cənubi Qafqazda bir çox fəsadların yaranmasına səbəb olur. Bununla bağlı Azərbaycanın xarici işlər Nazirliyi və Ekologiya və Təbii Sərvətlər Nazirliyi birgə bəyanat imzalayıbdı. Həmin bəyanatda da qətiyyətli şəkildə vurğulanıb ki, beynəlxalq təşkilatlar ermənilərin ekoloji terroruna öz kəskin etirazlarını bildirməklə onları bu əməllərdən daşındırmalıdılar.

Bəli, bu gün aparılan danışıqlar göstərir ki, ermənilər bizim onlara olan qonşuluq münasibətimizin kəskin düşmənçilik münsibətinə çevrilməsinə özləri rəvac verirlər. Deməli, bu düşmənçilik silahlı qüvvələrimizi döyüş vəziyyətinə gətirməyimizə və hər birimizin də torpaqlarımızın azad edilməsi naminə səfərbər olmağımıza əsas verir. Biz düşmənə yalnız onun layiq olduğu səviyyədə cavab verib torpaqlarımızı azad edəcəyik.

 

Əbülfət MƏDƏTOĞLU

Azərbaycan Respublikasının Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilmişdir.

Dosta Göndər :

  

SON XƏBƏRLƏR

2020-10-23

Video

Yazarlar

MARAQLI

DÜNYA

ƏDALƏT BU GÜN
October: 22, 20, 17, 15, 13, 10, 08, 06, 03, 01,

Redaktor seçimi

FOTOREPORTAJ

GÜNÜN SİTATI

SORĞU

Silahlı Qüvvələrə yardım etmisinizmi?

ÇOX OXUNAN

GÜNÜN LƏTİFƏSİ

Erməni məktəbində müəllim şagirdlərə:

- Uşaqlar, kim deyər, dünyada ən pis erməni kimdir?

Balaca Aram:

- Dartanyan.

Müəllim:

- Niyə Dartanyan?

Aram:

- Ona görə ki, o bütün film boyu “Mersi, Baku” deyir.

ARXİV

TƏQVİM

FACEBOOK