SON DƏQİQƏ:

Venera - Bizim Zöhrə xanım - Etibar CƏBRAYILOĞLU yazır

  294486   |  
Şriftin ölçüsü  

Məhz bizim Zöhrə xanım. Onu yaxından tanıyanlar, dost-tanışlar, hətta ömründə onunla birinci dəfə ünsiyyət quran insanlar belə Zöhrə xanımı özünün yaxını, doğması sayır.

 

Payızdı da-

Yağışının ucundan tut

çıx göyə-

Bəlkə əlin göyə dəyə!

Payızdı da-

Nə elə bir soyuğu var,

Nə elə bir istisi...

Gözəl Zöhrə xanım məhz belə bir fəsildə-payızın oğlan çağında dünyaya gəlib. Payızda doğulan Zöhrənin adının bir mənası da Venera-Bahar ilahəsi ilə bağlıdır.

Lap qədimlərdə Romada Bahar ilahəsini belə çağırırmışlar. Zöhrə ulduzu-Venera həm də Günəş sisteminə daxil olan yeddi ulduzdan birinin, həm də görünən ən parlaq ulduzun adıdır. Bizim Zöhrə xanıma adının hər iki mənası yaraşır.

Bahar ilahəsi kimi hər zaman yaraşıqlı, ulduz kimi həmişə parlaqdır. 

Filologiya üzrə fəlsəfə doktoru, Əməkdar mədəniyyət işçisi Zöhrə Əliyeva yüksək savadı, daxili zənginliyi, mədəniyyəti və pozitivliyi ilə hər kəsdə özünə qarşı rəğbət yaradır. Zöhrə xanımda diqqət çəkən bu müsbət keyfiyyətlər təbii ki, boya-başa çatdığı ailə ocağında formalaşıb. Atası tanınmış alim-pedaqoq, mərhum  Qulamhüseyn Əliyev uzun illər çalışdığı Dövlət Pedaqoji Universitetində bu gün də böyük ehtiramla anılır. Azərbaycanın müxtəlif rayonlarında yaşayan çoxsaylı tələbələri Qulamhüseyn müəllimi obyektiv və tələbkar pedaqoq kimi xatırlayırlar.

Zöhrə xanınmı fərqləndirən və hörmət qazandıran əsas cəhətlərindən biri də şübhəsiz ki, işinə yaradıcı və peşəkar yanaşmasıdır.

AZ.TV-nin populyar "Səhər"ində, "Lider" TV-nin "Axşamçağı"nda bu keyfiyyətlərinə görə seçilib, Dövlət Dillər Universitetində pedaqoq kimi çalışanda da bu xüsusiyyətləri onu müəllim və tələbə heyətinin sevimlisinə çevirib.

Zöhrə Əliyevanın səmərəli fəaliyyətindən danışarkən Mədəniyyət Nazirliyinin mətbuat katibi kimi gördüyü işlərdən söhbət açmamaq mümkün deyil. Uzun illər bu məsul vəzifədə çalışanda Zöhrə xanım media cameəsində böyük hörmət qazandı. Peşəkarlığı, mətbuat işçiləri ilə rahat ünsiyyət qurması həmkarlarımızın diqqətindən heç vaxt yayınmadı, təsadüfi deyil ki, həmin illərdə Zöhrə xanımın adı "İlin ən yaxşı mətbuat katibi" sorğularında daim ön sıralarda çəkilirdi. Zöhrə xanımın jurnalistlərlə qurduğu faydalı və işgüzar əməkdaşlıq nəticəsində Mədəniyyət Nazirliyinin yerli və beynəlxalq əhəmiyyətli tədbirləri mətbuatda geniş təbliğ olunurdu.

Zöhrə xanım Mədəniyyət Nazirliyinin sözçüsü olarkən onunla Azərbaycanın əksər bölgələrini dolaşmaq, bu gözəl insanı yolda müşahidə etmək və daha yaxından tanımaq imkanım olub. Zöhrə xanımın dünya incəsənəti və mədəniyyəti ilə bağlı  söhbətləri, jurnalistikamızın bugünkü durumu barədə düşüncələri, şən zarafatları ən uzaq yolları da yaxın edib.

Onun hər bir səfər yoldaşına necə diqqətcil, həssas münasibət göstərdiyinin şahidi kimi deyə bilərəm ki, dəyərli dostumuz bu məsələdə də ən yüksək tərifə layiqdir. 

Zöhrə Əliyeva bu gün yenə jurnalistlərlə çiyin-çiyinədir, Mədəniyyət Nazirliyinin "Mədəniyyət/Culture" jurnalının baş redaktorudur. Jurnalın son illər oxucular, mütəxəssislər arasında uğur qazanmasında dostumuzun danılmaz əməyi var.

Jurnalın son illər oxucular, mütəxəssislər arasında uğur qazanmasında dostumuzun danılmaz əməyi var.

 

... Söz də var ki, payızda-

Yarpaqlar alışanda,

Kölgə kölgə içində,

Kölgəyə qarışanda deyiləsidi ancaq...

 

Bu payız günündə dəyərli insana nə arzulamaq olar? Daim ətrafındakı insanlara pozitiv hisslər ötürən, biz dostların sevincinə şərik olub kədərimizi bölüşən zərif və gözəl Zöhrə xanıma elmi-pedaqoji fəaliyyətində, media sahəsindəki işlərində daha böyük və davamlı uğurlar diləyirəm.

 

P.S. Gözəl dost, istedadlı alim və peşəkar jurnalist Zöhrə Qulamhüseyn qızı Əliyevanın yubileyinə həsr edilən bu yazıda mərhum şair Camal Yusifzadənin şeirlərindən, yaxın dostlarımızın, ortaq tanışlarımızın arzu və istəklərindən istifadə olunub.

Dosta Göndər :

  

SON XƏBƏRLƏR

2020-11-29
2020-11-28

Video

Yazarlar

MARAQLI

DÜNYA

ƏDALƏT BU GÜN
November: 28, 26, 24, 21, 19, 17, 14, 12, 11, 07

Redaktor seçimi

FOTOREPORTAJ

GÜNÜN SİTATI

SORĞU

«McDonalds»ı boykot etmisinizmi?

ÇOX OXUNAN

GÜNÜN LƏTİFƏSİ

Təyyarə qəzaya  uğrayır, səbəb də Paşinyan olur. Deməli, Erkin Qədirli, Paşinyan  və Saakaşvili sağ qalıb bir kimsəsiz adaya düşürlər.  Ac-susuz, Erkin hər  aclığı tutanda Paşinyanı  salır  təpiyinin  altına, Saakaşvili birtəhər tutub Paşinyanı  Erkinin  əlindən alır. Day döyülməkdən  Paşinyanın  üz-gözü qalmayıb, qaçıb  gizlənməyə yer də yoxdu. Deyirlər  balıq tutaq  heç olmasa. Dənizin  kənarında oturub balıq tuturlar.

Əllərinə bir qızıl balıq  düşür. Qızıl balıq yalvarır ki, məni buraxın, hərənizin bir  arzusunu  yerinə yetirim.

Saakaşvili deyir:

- Məni at Tiflisə. Çoxdandı ev  çaxırı içmirəm, çexoxbili yemirəm.

Balıq Saakaşvilini atır Tiflisə.

Paşinyan deyir:

 Balıq qardaş, məni də at Tiflisə, Saakaşvilinin  yanına, yoxsa bu türk  məni  minəcək.

Balıq onu da atır  Tiflisə.

Erkin Qədirli deyir:

- Sən  belə elə də, bir qəşəng süfrə aç – xaş, sirkə-sarımsaq , üstünə nar  sıxılmış soğan, bir də tut arağı, o oğraş Paşinyanı da qaytar geri.

ARXİV

TƏQVİM

FACEBOOK