SON DƏQİQƏ:

Gəncəyə hücum Ermənistanın acizliyinin nişanəsidir - İranlı ekspert

  9581   |  
Şriftin ölçüsü  

Azərbaycanın şəhərləri, xüsusilə Gəncə şəhərinin yaşayış massivləri, mülki əhalinin atəşə tutulması Ermənistanın acizliyinin nişanəsidir.

Bunu Trend-ə açıqlamasında iranlı siyasi ekspert İlyas Vahedi deyib.

Onun sözlərinə görə, Ermənistan bu hərəkətləri ilə Azərbaycanı təxribata çəkməyə və işğal olunmuş ərazilərin işğalda qalmasına çalışır. Halbuki, Azərbaycanın əsas məqsədi Ermənistanın işğalçılığına son qoymaqdır və Azərbaycan öz ərazilərini işğaldan azad etmək istiqamətində düşünülmüş, məntiqli addımlar atır: “Müharibə davam etdiyi halda, Ermənistan daha çox ziyan görəcək. Çünki hərbi və iqtisadi baxımdan Azərbaycandan qat-qat zəifdir”.

İranlı ekspert deyib ki, Azərbaycanla yanaşı, digər ölkələr və sosial-ictimai təşkilatlar Ermənistanın Azərbaycanın şəhərlərinə və yaşayış massivlərinə hücumlarını beynəlxalq dairələrdə izləməlidirlər: “Çünki Cenevrə konvensiyaları və əlavə protokolları mülki vətəndaşlara və döyüş bölgəsindən kənar şəhər və ərazilərə hücumları hərbi cinayətlər hesab edir.

Bundan əlavə, Gəncə şəhəri önəmli mədəniyyət mərkəzlərindən və dünyanın sivilizasiya irsinin bir parçası hesab olunur. Bu şəhərə hücum YUNESKO təşkilatına çatdırılmalı və təşkilat Ermənistanın cinayət törətdiyini elan etməlidir”.

Dosta Göndər :

  

SON XƏBƏRLƏR

2020-10-26
2020-10-25

Video

Yazarlar

MARAQLI

DÜNYA

Redaktor seçimi

FOTOREPORTAJ

GÜNÜN SİTATI

SORĞU

Silahlı Qüvvələrə yardım etmisinizmi?

ÇOX OXUNAN

GÜNÜN LƏTİFƏSİ

Erməni məktəbində müəllim şagirdlərə:

- Uşaqlar, kim deyər, dünyada ən pis erməni kimdir?

Balaca Aram:

- Dartanyan.

Müəllim:

- Niyə Dartanyan?

Aram:

- Ona görə ki, o bütün film boyu “Mersi, Baku” deyir.

ARXİV

TƏQVİM

FACEBOOK