adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7

Faiq QİSMƏTOĞLU: VƏHŞİLİK

FAİQ QİSMƏTOĞLU
65390 | 2020-10-23 12:28

... Yer üzündə və dünyamızda çoxlu müharibələr olub. Yüzillik müharibə də olub... iyirmi beş illik müharibə də olub... yeddiillik müharibə də olub... beşillik müharibə də olub. Və bu müharibələrin heç birində hər hansı ölkə digər məmləkətin ərazisində döyüş apararkən onun yaşayış binalarını, sosial obyektlərini, məktəblərini, xəstəxanalarını, qədim abidələrini qəsdən yer üzündən silməyib; dinc sakinləri, mülki əhalini bilərəkdən güllə-baran etməyib. Hətta Hitler kimi qatı faşist lideri orduya göstəriş verib ki, mülki əhaliyə güllə atmasınlar, evləri, eşikləri qəsdən yandırmasınlar. Hitler kimi bir əzazil rəhbər dinc sakinlərə qarşı belə bir mövqedə olub. Hətta alman ordusu Paris şəhərinə daxil olanda bir binaya, bir abidəyə, tarixi özündə əks etdirən qədim yerlərə güllə atmayıb, vurub dağıtmayıb. Bu, Hitler Almaniyasının əməli, bu da erməni ordusunun 30  ildə bizim başımıza açdığı müsibətlər...

Bu gün  Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə ordumuz 3 şəhər, 3 qəsəbə və 160 kəndi erməni işğalından azad edib. O üç şəhərin, üç qəsəbənin birində belə yaşayış yerimiz – evimiz, eşiyimiz, məktəbimiz, xəstəxanamız salamat deyil. Azad olunan torpaqlarımızda olan möhtəşəm şəhərlərin, möhtəşəm qəsəbələrin, möhtəşəm yaşayış məntəqələrinin daşı-daş üstündə qalmayıb. Bir şəhərdə, bir kənddə bir salamat yer yoxdur ki, o torpağa qayıdan və o torpağı işğaldan azad edən əsgər orda daldalansın və soyuqdan qorunsun. Hələ evlər-eşiklər bir yana, qolu-budaqlı, uzun ömürlü ağaclarımızın əksəriyyətini kəsib aparıblar. Hələ dünya tarxinidə belə zülmkar, belə mənəviyyatsız və belə dilənçi ölkə olmayıb.

Çünki söküb apardıqları on minlərlə evlərin daşını, qapısını, pəncərəsini, döşəməsini, tavanını ya qonşu ölkəyə satıblar, ya da özləri aparıb öz xarabalarında ev tikiblər. Hansı ölkə ki, bir millətin varını, dövlətini, hətta evinin daşını, pəncərəsini aparıb özünə yeni bir həyat qurur, o yerdə heç vaxt rahat yaşamaq mümkün deyil. Sökülən hər evin daşında, pəncərəsində, qapısında on minlərlə insanın halal zəhməti, alın təri və düşmənə sonsuz nifrəti, lənəti var! Heç belə yerdə yaşamaqmı olar? Belə baxanda ermənilər işğal etdikləri Azərbaycan torpaqlarında yaşamayıblar. Çünki yaşamağın orda elə bir izi yoxdur. Onlar qudurmuş it kimi süləngi həyat tərzi keçiriblər. İndi o süləngi, qudurmuş itləri Azərbaycan əsgəri cəhənnəmə vasil edir.

Hər bir müharibənin öz qanunları var. Amma ermənilər müharibədə heç bir qanuna əməl etməyiblər. Dünya tarixində heç bir ölkənin eləmədiyi alçaqlığı və şərəfsizliyi bunlar ediblər. Və bu gün də bu alçaqlıq və şərəfsizlik erməni ordusu tərəfindən  davam edir. Gəncəni, Mingəçeviri, Qəbələni, Kürdəmiri, Siyəzəni, Xızını raket atəşinə tuturlar. Dünya “erməni virusu”ndan təngə gəlib. Bu gün onları hətta arxalandıqları dövlətlər belə qorumurlar, arxalarından çəkinirlər. Hər yerdən əli üzülən Ermənistanın baş naziri və onun prezidenti gah özünü Avropaya çırpır, gah NOTA-ya qaçır, gah da digər Avropa ölkələrindən imdad istəyir. El dilində demiş olsaq, ermənilər bu yerlərdə kabab iyinə gedirlər, eşşək dağlandığını görürlər...

Məkrin və hiylənin iki üzü var. Bir müddət bu məkr və hiylə işləyir, boy atır və özünə yer tapır. Elə ki, həqiqətlər üzə çıxır, bax onda məkr və hiylənin əsl siması bilinir. Ermənilər də uzun illərdir dünyanı aldadıblar, özlərini ən yazıq, məzlum xalq kimi tanıdıblar. Amma yüz ildən sonra açılır ki, onlar yazıq deyil, ən qəddar, ən vəhşi bir xalqdır! Xalq sözünü xüsusilə vurğulamaq istəyirəm. Bu bədbəxt millətin ziyalısı da, yazıçısı da, alimi də, siyasətçisi də mənən xəstədir. Çünki onlar 200 ildir ki, erməni xalqının beyninə bir fikri doldurublar: dənizdən-dənizə böyük Ermənistandır. Və xəstə xalq da bu düşüncəylə yaşayıb özgələrinin torpaqlarını işğal etmək haqqında düşünüblər. İndi onların timsah kimi axıtdıqları göz yaşına heç bir Avropa ölkəsi, hətta havadarları belə inanmırlar. Çünki inanılası bir şey qalmayıb.

Bir millətin ki, yazıçısı Zori Balayan ola, o millətdən nə gözləmək olar? Zori Balayan Xocalıda südəmər uşağın əllərindən divara mıxlanmasını və anasının döşünü kəsib kirimək üçün onun ağzına dürtmələrini ermənilərin qəhrəmanlığı kimi göstərir. Gücünüzü uşağa, qadına, qocaya yox, əsgərə göstərin. İndi erməni əsgərləri Azərbaycan əsgərinin qabağından it kimi qaçır. Daha doğrusu, əsgərlərimiz onları iti qovan kimi qovurlar. Çünki bir az ləngiyən it kimi öldürülür. “Fəryad” filmində çox adamı həyəcanlandıran bir səhnə var: yaralı, əsir götürülmüş Azərbaycan əsgəri evi yandırmaq istəyir. Amma bir uşağın bombardıman zamanı evdə ağlamaq səsini eşidir, ürəyi yumuşalır, yanğını söndürür və uşağa görə susmağa məcbur olur. Bu Azərbaycan əsgərinin humanistliyi, o da erməni cəlladının əməli! Hər halda, Allah bunu heç vaxt götürməyib və götürməz də! Bizim əsgərlər qisası dinc əhalidən – qadından, qocadan, uşaqdan heç vaxt almırlar. Bizim əsgərlər qisası döyüş meydanında erməni əsgərindən alır. Xocalıda, Kəlbəcərdə, Laçında, Əsgəranda, Qubadlıda... nə ediblərsə, hamısının da cəzasını artıqlaması ilə Azərbaycan əsgəri tərəfindən alırlar.

Cənab prezident İlham Əliyev deyib ki, beynəlxalq təşkilatlar Xocalıya görə, Ermənistan barəsində heç bir cəza vermədilər. Amma biz onlara özümüz o cəzanı verəcəyik. İndi Azərbaycan əsgəri işğaldan azad olunan yurd yerlərimizdə bu cinayəti törədənlərin cəzalarını verirlər. İt kimi onları qanına qəltan edirlər. Əcəb də eləyirlər! Ermənilər uşaqlarına beşikdə olanda laylay əvəzinə “türk sənin düşmənindir” deyir. Elə bu düşüncə ilə böyüyən ermənilər də həmişə bizdən qisas alıb, torpaqlarımızı, yaşayış məskənlərinizi işğal edərkən dinc əhalimizi qılıncdan keçirib, güllə-baran edib. Yüz ildən bir, əlli ildən bir onlar qudurub bizə ağız atıblar. İndi də 30 ildir ağız atırdılar, torpaqlarımızı işğal edib kef çəkirdilər. Onların ağızlarını Azərbaycan Ordusu cırıb qoyub qulağının dibinə.

Ermənilər Azərbaycan ərazisinə 150 il bundan əvvəl köçürülüblər. Hətta bu barədə Xankəndində onların gəlişi ilə bağlı bir abidə də var idi. İzi itirmək üçün sonradan o abidəni söküblər. Axı, bu millətin tarixi saxtalaşdırmaq, Azərbaycanın keçmişini silmək və unutdurmaq əsas missiyası olub. Amma düşünməyib ki, bu addımla, bu tarixi saxtalaşdırmaqla özlərinə quyu qazıblar. Və bu quyuya da onlar özləri düşürlər. Onların qudurmuşduğuna bir baxın ki, Füzulinin, Cəbrayılın, Zəngilanın, Qubadlının, Laçının, Kəlbəcərin adını dəyişib yaramaz erməni adı qoyublar. Prezident İlham Əliyev xalqa müraciətində  Füzulinin adının dəyişdirilməsi ilə bağlı dedi ki, bu ad onların başına dəysin, cəhənnəmə olsun bu ad!

Vaxt gələcək ermənilərin də ağlı başına qayıdacaq. Bax onda hər şey gec olacaq. Onları aldadan paşinyanları, sarkisyanları, balayanları, mkrıtçınyanları özləri dar ağacından asacaqlar. Çünki erməni xalqını aldadan bu cinayətkarlar ifşa olunacaq, onların əsl siması üzə çıxacaqdır. Xalqı və milləti özünün olmayan torpaq uğrunda döyüşə göndərmək və onları qırğına vermək erməni xalqına ən böyük xəyanətdir. Əgər bu xalqın çox yox, bir-iki ziyalısı, düşünən beyni varsa, bu cinayətkar rejimdən canlarını qutarmalı, Azərbaycan dövlətindən imdad diləməlidilər. Onları bu bəladan Ermənistan deyil, Azərbaycan Prezidenti İlham Əliyev xilas edə bilər. Cənab Prezident də dəfələrlə çıxışlarında bildirib ki, biz Dağlıq Qarabağda yaşamaq istəyən erməni vətəndaşlarımızın təhlükəsizliyini təmin edəcək, onların hüquqlarını qoruyacağıq.

Əks təqdirdə, müharibə davam etsə, ermənilərin bu savaşda ölənlərinin sayı on minlərlə olacaq. Milləti qırğına verib hakimiyyətini qorumaq istəyən paşinyanlardan erməni xalqı tezliklə canını qurtarmalıdır.

Sonda bir fikri demək istəyirik ki, türk dövlətlərinin tarixində və eləcə də Azərbaycan tarixində müharibələr zamanı fəth olunan şəhərlərdə, qəsəbələrdə, kəndlərdə mülki əhaliyə qarşı heç bir silah işlədilməyib. Əksinə, onların haqqı, ədaləti, təhlükəsizliyi təmin edilib. Azərbaycan dövləti də öz erməni vətəndaşlarına tarixdə olduğu kimi, bu təminatı verir. Bircə qalır xalqın öz övladlarını Qarabağa döyüşə göndərməməyə və bir də kriminal rejimdən canını qurtarmağa! Bundan sonra böyük sülhdən söhbət gedə bilər. Azərbaycan qüdrətli dövlətdir və bu gün onunla eyni zamanda Ali Baş Komandan, Azərbaycan prezidenti İlham Əliyevlə dünyanın ən güclü dövlətləri belə razılaşır. Çünki Azərbaycan müharibə aparmır, böyük savaşla erməni işğalı altında olan torpaqlarımızı, rayonlarımızı, şəhərlərimizi və kəndlərimizi  azad edib xalqımızın təhlükəsizliyini təmin etməklə bir daha beynəlxalq hüququn prinsiplərini yerinə yetriməklə dünyəvi ədaləti təmin edir!

TƏQVİM / ARXİV