PSV-nin altı futbolçusu koronavirusa yoluxdu
Niderlandın PSV klubunda altı fubolçunun COVID-19 testi müsbət nəticə verib.
Bu barədə “Haber Global” məlumat yayıb.
Klubdan karantinə yollanan futbolçuların bu gün Niderland çempionatının altıncı turu çərçivəsində “Vites”lə qarşılaşmada forma geyinməyəcəyi açıqlanıb.
Xatırladaq ki, futbol üzrə Niderland çempionatında keçirilən beş qarşılaşmada 13 xal toplayan PSV liderliyi əlində saxlayır.