adalet.az header logo
  • Bakı 6°C
30 Oktyabr 2020 12:14
87550
GÜNDƏM
A- A+

“Təkcə mənim heyətim 1 günə düşmənin 8 topunu məhv edib” - Video

Müdafiə Nazirliyi Azərbaycan Ordusunun uğurları barədə növbəti videosunu təqdim edib.

Adalet.az xəbər verir ki, nazirliyin yaydığı məlumatda bildirilir ki, batareyanın baş zabiti, baş leytenant Şəhriyar Fərəcov döyüş ruhunun yüksək səviyyədə olduğunu söyləyir:

“Batareyamız hazırda döyüş tapşırıqlarını uğurla icra edir. Şəxsi heyətdə döyüş ruhu yüksək səviyyədədir. Vətənimizin azadlığı uğrunda gedən döyüşlərdə iştirakım ilə qürur duyuram. Qələbə bizimlədir”. 

Həmçinin gizir Yunisov İsa Fərman oğlu heyəti ilə birgə düşmənin 8 topunu məhv edib:

“Vətənimizin azadlığı uğrunda gedən döyüşlərdə iştirak edirəm. Təkcə mənim heyətim bir gün ərzində düşmənin 8 topunu canlı qüvvəsi ilə birgə məhv edib. Bundan sonra da uğurlarımızı davam etdirəcəyik. Şanlı Azərbaycan bayrağını Qarabağda qaldıracağıq”.