adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
20 Noyabr 2020 16:23
55283
HÜQUQ
A- A+

Şanlı qələbənin aspektləri

  Bu il ədliyyə işçilərinin peşə bayramı həm də Azərbaycan xalqının zəfər sevincini yaşaması ilə eyni vaxta təsadüf edir. 28 il Vətən həsrəti çəkmiş xalqımız müzəffər Ordumuz tərəfindən torpaqlarımızın işğaldan azad edilməsini böyük sevinc hissi ilə qeyd edir.

 

XIX əsrin əvəllərində məqsədyönlü şəkildə qədim Azərbaycan torpaqlarına köçürülmüş ermənilər həmin ərazidə dövlət yaratmaqla kifayətlənməyib əsrlər boyu yeni ərazilər ələ keçirmək iddiasında olublar. Birinci Qarabağ müharibəsində ermənilər havadarlarının köməyi ilə ölkəmizin 20%-ni işğal edərək, yeni ərazilərin zəbt edilməsi ilə bağlı dəfələrlə bəyanat verərək öz məkrli niyyətlərindən əl çəkməyiblər. Uzun illər boyu, xüsususilə də ötən əsrin 90-cı illərinin əvvəllərində torpaqlarımızın azadlığı uğrunda fədakarcasına mübarizə aparan igidlərimiz arasında Daxili İşlər Nazirliyinin tərkibində fəaliyyət göstərən islah əmək müəssisələrinin əməkdaşları və müəssisələrin mühafizəsini həyata keçirən hərbi qulluqçular da olublar. Onlardan 30 nəfəri birinci Qarabağ müharibəsində vətənin azadlığı uğrunda gedən döyüşlərdə qəhrəmancasına həlak olmuş və şəhidlik zirvəsinə ucalmış, bir çox əməkdaşlar isə döyüşlərdə göstərdikləri şücaətə görə dövlət mükafatları ilə təltif edilmişlər.

Azərbaycanda bir çox sahələr kimi, nizami ordu quruculuğu da ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Bu illər ərzində ordu quruculuğuna xüsusi diqqət yetirildi, kadrlar yetişdirildi və Silahlı Qüvvələr ən müasir texnika ilə təchiz olunmağa başladı. Onun hələ ötən əsrin 70-ci illərində uzaqgörən siyasətinin və dərin müdrikliyinin nəticəsi olaraq Azərbaycanda Cəmşid Naxçıvanski adına hərbi litseyin yaradılması indiki müasir ordunun əsaslarından biri oldu. 1993-cü ildə hakimiyyətə qayıtdıqdan sonra ulu öndər bu sahədə səylərini artıraraq qüdrətli bir ordunun yaradılması üçün bir çox işlər gördü.

 Ümummilli liderin uzaqgörən, müdrik siyasət kursunu layiqincə davam etdirən dövlət başçımız, Ali Baş Komandan İlham Əliyev də bu işi uğurla davam etdirdi. Belə ki, Azərbaycan Ordusunun müasir standartlara uyğun silahlanması təmin edildi, eyni zamanda milli hərbi sənayenin əsası qoyularaq inkişaf etdirildi. Bunun uğurlu nəticəsi olaraq ordumuz dünya dövlətlərinin güclü və müasir ordularının sıralamasında ən yüksək yerlərdə qərarlaşdı.

Hərbi təcavüzlərin layiqli cavabı ordumuz tərəfindən 2016-cı ilin aprel döyüşlərində düşmənə dağıdıcı zərbə vurmaqla nəticələndi və ilk dəfə vətən torpağının bir hissəsi düşmən tapdağından azad edildi. Bu döyüşlərdə müzəffər ordumuz sübut etdi ki, Ali Baş Komandanın  əmrlərini yüksək səviyyədə yerinə yetirməyə qadirdir.

Ermənilərin 2020-ci ilin sentyabr ayında başlatdığı növbəti hərbi təxribatından sonra həyata keçirilən əks hücum nəticəsində torpaqlarımızınişğaldan azad olunmasıuğrunda Vətən Müharibəsi başlandı və xalqımızhər zaman olduğu kimi Ali Baş komandanın ətrafında sıx bir yumruq olaraq birləşdi.

Artıq o möhtəşəm gün gəlib çatdı, birinci Qarabağ müharibəsində döyüşənlərin qəhrəman övladları torpaqlarımız uğrunda gedən döyüşlərdə misli görünməmiş qəhrəmanlıqlar göstərdilər. Vaxtilə nizami ordumuz olmayan dövrdə havadarlarının köməyinə arxalanaraq işğal etdikləri torpaqlarımızı qəhrəman ordumuz 44 gündə azad etdi. Budur noyabrın 10-u Ali Baş Komandan elan etdi. Qələbə Ermənistan hərbi kapitulyasiya bəyannaməsini imzalamağa məcbur oldu, bu haqq işimizdə xeyrin şər üstündə ən parlaq qələbəsi idi. İnsanlar bu xəbərdən sonra sel kimi küçələrə axışdılar, onların üzlərində olan o sevinc hislərini ifadə etməkdə çətinlik çəkirəm nə gözəl yaraşır bu xalqa qələbə, nə gözəl yaraşır millətimizə  sevinmək, nə  xoşbəxtik ki, biz, bu qələbəni tarix kitabından oxumuruq və sözlə  ifadə oluna bilməz hissləri xalqımızla bir yerdə yaşayırıq. Çox sağ ol, öz qətiyyəti və siyasi iradəsi ilə döyüşü qələbəyə qədər davam etdirən Ali Baş Komandan, çox sağ ol, döyüş meydanında düşməni peşman edən Azərbaycan əsgəri. Bu qələbənin qazanılmasında vətən uğrunda canından keçən şəhidlərimizin qarşısında baş əyir, ruhunuz şad olsun deyirik, qisasınız alındı və torpaqlarımız düşməndən azad olundu.

Azərbaycan Ordusu öz qanı və canı bahasına Azərbaycan tarixinə qızıl hərflərlə həkk olunan qəhrəmanlıq dastanı yazdı və böyük dövlətlərin müasir ordularının rəhbərləri Qarabağda, Azərbaycan Ordusu tərəfindən müasir silahlardan bacarıqla həyata keçirilən döyüşlərin yeni taktikasını yaxından izlədilər. Müharibə dövründə digər dövlət qurumları və təşkilatları kimi Ədliyyə Nazirliyinin əməkdaşları tərəfindən Silahlı Qüvvələrin Müdafiə Fonduna könüllü olaraq ianələr köçürülmüş və cəbhə bölgəsinə lazım olan ən zəruri ləvazimatların göndərilməsi təmin edilmişdir.

Bu qələbə ayında hər il olduğu kimi noyabrın 22-si Ədliyyə işçilərinin peşə bayramı qeyd ediləcəkdir. Ancaq bu il keçirilən peşə bayramı digər bayramlardan fərqlənəcək, çünki ədliyyə işçiləri bu bayramı artıq qalib bir xalqın nümayəndəsi kimi qeyd edəcəklər. Ədliyyə Nazirliyinin əməkdaşları hər zaman Ali Baş Komandanın əmrlərini yüksək səviyyədə yerinə yetirməyə hazırdırlar.

Yaşasın qalib Azərbaycan xalqı, yaşasın qalib Azərbaycan Ordusu, yaşasın qalib Ali Baş Komandan. Qarabağ Azərbaycandır!

 

Azərbaycan Respublikası Ədliyyə Nazirliyi

Penitensiar Xidmətin inspektoru ədliyyə mayoru

Müqəddəs Bayramov

.