adalet.az header logo
  • Bakı 11°C
  • USD 1.7
16 Yanvar 2021 10:05
49507
ƏDƏBİYYAT
A- A+

Əbülfət MƏDƏTOĞLU: Dondurur

(Özəl bir anın şeiri)

Mənim sığındığım bu dörd divarın

Üzü buz bağlayıb - nəfəs dondurur...

Sinəmdə ələyir ürək qübarın -

Onu da bu soyuq qəfəs dondurur...
 

Döymür tay qapımı əli sayalım

Qalıbdı piyada fikrim, xəyalım...

Bilmirəm heç hansı küncdə dayanım -

Məni öləziyən həvəs dondurur!..
 

Dörd divar içində "Ah"-dı çırağım

Kiprikdən buz damır - ağdı varağım...

Məni tərk etməyən - şıltaq qonağım -

Sükut dediyimiz o səs dondurur!..