adalet.az header logo
  • Bakı 10°C
  • USD 1.7
26 Yanvar 2021 21:33
25083
SİYASƏT
A- A+

Zərifin Bakıdakı çıxışı erməniləri məyus edib

İran-Azərbaycan münasibətlərində yeni mərhələnin başlaması Ermənistanda birmənalı qarşılanmayıb.

Azvision.az xəbər verir ki, dünən İran XİN rəhbərinin Bakıdan səsləndirdiyi bəyanatlar erməni cəmiyyətini məyus edib. Bu səbəbdən bəzi erməni KİV-ləri və sosial şəbəkə fəalları İran əleyhinə çağırışlara başlayıblar.

Tanınmış ictimai fəal Aram Gevorqyan isə onları təmkinli olmağa, İrana qarşı aqressiv münasibət sərgiləməməyə səsləyib. O, bu məsələdə haqsız olduqlarını deyib.

“İranın xarici işlər naziri dedi ki, ölkəsi Azərbaycanın öz ərazilərini işğaldan azad etməsindən məmnundur. İranı təhqir və tənqid etməyin. Ermənistan son 3 ildə İranla münasibətləri yaxşılaşdırmaq üçün heç bir addım atmadı. Hər şeyi ağırlaşdırdı, İsraildə səfirlik açdı, İranla sərhədlərin bağlanmasından danışdı və s.

Bu anda İranın Azərbaycanla sərhəddə sabitliyi qorumaq problemi var və indi bunun ölkələrinin maraqlarına uyğun olduğunu deyəcəklər. Deyəcəklər və düzgün şeyləri də edəcəklər. Çünki bizdən fərqli olaraq dövlət maraqlarının nə olduğunu və qonşuları ilə necə münasibət quracaqlarını bilirlər. Hər şeyi ürəyimizə yaxın buraxırıq. Biz heç bir iş görmürük, amma hər kəsin bizi sevməsini və hörmət etməsini istəyirik”, - deyə Gevorqyan narazı kütləyə cavab olaraq bildirib.