adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7
01 Fevral 2021 09:10
28537
ELM VƏ TƏHSİL
A- A+

Məktəblərdə əyani tədris bərpa olunur

Bu gündən Azərbaycanda bütün təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesinin əyani formada təşkili bərpa olunur.

Adalet.az-ın məlumatına görə, 1 fevral tarixindən etibarən məktəbəhazırlıq qrupları, icmaəsaslı məktəbəqədər təhsil qrupları və ibtidai təhsil səviyyəsi üzrə tədrisin sanitar-gigiyenik tələblər nəzərə alınaraq ənənəvi formada təşkili nəzərdə tutulur.

Əyani tədris Bakı, Sumqayıt və Abşeronda həftədə 3 dəfə, digər rayon və şəhərlərdə isə 4-5 dəfə keçiriləcək, qalan günlər şagirdlər distant formada tədrisi davam etdirəcəklər.