adalet.az header logo
  • Bakı 10°C
  • USD 1.7
20 Fevral 2021 12:53
225454
AVTOMABİL
A- A+

Dünyanın ən etibarlı avtomobili açıqlanıb

Analitiklər 2018-ci ildə istehsal olunan 33 251 avtomobil sahibi arasında sorğu keçiriblər. İnsanlardan son 12 ayda nəqliyyat vasitəsini istifadə edərkən hansı problemlərlə qarşılaşdıqları soruşulub. Nəticədə 17 real nasazlıq açıqlanıb ki, onlar da səkkiz kateqoriyada qruplaşdırılıb.

Müxtəlif avtomobil markalarının etibarlılığının öyrənilməsi barədə tədqiqatı J.D.Power aparıb və nəticələr şirkətin saytında yerləşdirilib.

Nəticədə “Lexus” ən etibarlı marka olub. İkinci yeri “Porsche”, üçüncü yeri “Kia” markası tutub. Koreyalılar eyni zamanda, kütləvi avtomobil sektorunda ən yüksək yeri tutublar.

Üst sıralarda “Toyota”, “Buick” və “Cadillac” da yer alıb.

Eyni zamanda, “Porsche 911” ən etibarlı avtomobil modeli kimi tanınıb. Şirkət etibarlılıq səviyyəsinin illər ərzində daha da artdığını qeyd edib.