Ramiz Bahaduroğlu: Qayıtmışıq
Əziz Şuşa sən azadsan.
Əziz Şuşa biz qayıtmışıq.
Əziz Şuşa biz səni dirçəldəcəyik.
Azərbaycan Respublikasının Prezidenti
İlham Əliyev
Bu haqqın davası,haqqın savaşı,
Mayak tək parlayır Murovun başı,
Qartallar qıy vuran sıldırım daşı,
Hər qarış torpaqı Vətən sanmışıq,
Dağlar, gözün aydın biz qayıtmışıq.
Düşmənə əsir oldun-ötdü illər, fəsillər,
Qisas oduyla yandıq,ər böyüyən nəsillər,
Babəkin,Xətainin qılıncından ğüc əmər,
Ay,ulduz haşiyəli bayrağa sarılmışıq,
Torpaq, gözün aydın biz qayıtmışıq.
Oyan Xarı bülbül,oyan qərənfil,
Sil ğöz yaşını Bakı,Ərdəbil,
Ey babam Pənah xan,İbrahimxəlil
Basıb sənğərləri dağlar aşmışıq,
Şuşam, gözün aydın biz qayıtmışıq.
Füzuli,Cəbrayıl, Laçın,Zənğilan,
Qubadlı,Kəlbəcər,Ağdamdır yanan,
Ey odlar diyarı, can Azərbaycan,
Hər dağa,har daşa bayraq sancmışıq,
Qarabağ, gözün aydın biz qayıtmışıq.
Qəlpə-qəlpə bölündün kağızdakı yazıyla,
«Ğülüstanı» suvardıq « Kürəkçayın » suyuyla,
Ünvanını yazdılar min yozumlu adıyla,
Bütövləşib bir olduq cahana hay salmışıq,
Vətən, gözün aydın biz qayıtmışıq.