SON DƏQİQƏ:

BXA-da Beynəlxalq Ana Dili Gününə həsr olunmuş onlayn tədbir keçirilib

  35118   |  
Şriftin ölçüsü  

Bakı Xoreoqrafiya Akademiyasında Beynəlxalq Ana Dili Gününə həsr olunmuş onlayn tədbir keçirilib. 

Tədbiri giriş sözü ilə açan sənətşünaslıq üzrə elmlər doktoru, professor Vəfa Əliyev dilin hər bir millətin maddi və mənəvi irsinin qorunub-saxlanılması və inkişafında ən mühüm vasitə olmasına dair fikirlərini paylaşaraq, ümummilli lider Heydər Əliyevin dilimizin saflığının qorunmasına, inkişafına daim böyük əhəmiyyət verdiyini və ölkə başçımız İlham Əliyevin ana dilimizin xəlqilik məsələsinə ciddi yanaşmağın zəruriliyini hər zaman dönə-dönə vurğuladığını qeyd edib.

“Cəsarətlə deyə bilərik ki, Azərbaycan dili dünyada ən zəngin dillərdən biridir. Bu gün dünyada beynəlxalq səviyyədə tanınmış 200-ə yaxın olan müstəqil dövlətlərin rəsmi dövlət dillərinin sayı 70-i ötmür. Bir xalqa məxsus dilin dövlət statusuna yüksəlməsi onun məxsus olduğu millətin var olmasının əyani formada təsdiqinin sübutudur. Bu baxımdan Azərbaycan dili dərin tarixi köklərə malikdir” , - deyə V. Əliyev bildirib.

Vəfa Əliyev ana dilimiz, onun mənşəyi, yaranma tarixi haqqında ətraflı məlumat verib. O, fevralın 21-nin Beynəlxalq Ana Dili Günü kimi təsis edilməsi tarixinə dair müfəssəl şəkildə məlumat verməklə, yazıçı və şairlərdən sitatlar gətirərək, dilin qoruyucusunun xalq olduğunu bir daha tələbələrin diqqətinə çatdırıb. 

V. Əliyev ana dilinin insanın mənəvi aləminin zənginləşməsində, onun mükəmməl təhsil almasında, dünyagörüşünün formalaşmasında mühüm rol oynaması ilə yanaşı, həmçinin tərcüməçilik vasitəsilə dünya xalqlarının mədəni və tarixi irsi ilə tanış olmağın imkanlarından da söz açıb.

Tədbirdə onlayn canlı bağlantı vasitəsilə tələbələr tərəfindən Azərbaycanın görkəmli şairlərinin - B. Vahabzadə, M. Araz, M. Şəhriyar yaradıcılığından ana dilimizə həsr olunmuş şeir nümunələri təqdim edilib. Ədəbi-bədii kompozisiyalar videoçarx şəklində nümayiş etdirildikdən sonra tələbələri maraqlandıran suallar cavablandırılıb.

Dosta Göndər :

  

SON XƏBƏRLƏR

2021-09-21
2021-09-20

Video

Yazarlar

MARAQLI

DÜNYA

ƏDALƏT BU GÜN
September: 18, 11, 04
August: 28, 21, 14, 07,
July: 31 24, 17,

Redaktor seçimi

FOTOREPORTAJ

GÜNÜN SİTATI

SORĞU

COVİD 19 peyvəndi vurdurmusunuz?

ÇOX OXUNAN

GÜNÜN LƏTİFƏSİ

Vasif Quliyevin kefi yuxarıdı, sanki səmalarda uçur. Aqil Abbas:

- Vasif, xeyir ola, genə göylərdə uçursan?

Vasif müləllim:

- Qağa neyniyim, "Parıament" siqareti cəkirəm, amma parlamentə düşə bilmirəm. "Prezident" yağı yeyirəm, prezident ola bilmirəm. Bircə

 "Vozdux" arağı real kömək edir, içən kimi havalarda uçuram.

ARXİV

TƏQVİM

FACEBOOK