adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7
23 Fevral 2021 09:12
49785
MARAQLI
A- A+

Oğurluğa getdiyi evdə yatıb qaldı

Türkiyənin Bursa şəhərində qəribə hadisə baş verib.

DHA xəbər verir ki, İnegöl rayonunda sahibinin Almaniyada yaşadığı villaya oğurluğa girən şəxsi yuxu tutub.

Bu zaman qonşular ev sahibinin xahişi ilə evə baş çəkməyə gəliblər.

Onlar yataq otağında A.C. adlı şübhəlini yatarkən tapıblar. Dərhal həmin şəxsin əl-ayağını bağlayan qonşular polisə xəbər veriblər.

“Üç-dörd nəfər məni burada qoydular, dedilər ki, dalınca gələcəyik”, - deyə şübhəli polisə ifadəsində deyib.

Bölgədə üç villadan oğurluq edildiyi məlum olub.

Faktla bağlı araşdırma başlayıb.