adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7
23 Fevral 2021 11:50
22752
GÜNDƏM
A- A+

Rusiya Qarabağa humanitar yardım göndərdi

Rusiya Fövqəladə Hallar Nazirliyi Azərbaycanın Dağlıq Qarabağ bölgəsinə növbəti humanitar yardım göndərib.

Azvision.az xəbər verir ki, yardım fevralın 23-də İrəvanın yaxınlığında yerləşən Rusiya-Ermənistan Humanitar Reaksiya Yardım Mərkəzindən Xankəndinə yola salınıb.

Rusiyanın Fövqəladə Hallar Nazirliyinin əməkdaşı Yevgeni Qorelov bildirib ki, tikinti materialları yaşayış binaları və sosial obyektlərin bərpası üçün nəzərdə tutulub. 6 yük maşını və onları müşayiət edən 2 avtomobil 24 fevralda Xankəndi şəhərinə çatacaq.

Y. Qorelov qeyd edib ki, atəşkəs əldə olunandan bəri Qarabağa 200 tondan çox humanitar yardım göndərilib.