adalet.az header logo
  • Bakı 8°C
  • USD 1.7
23 Fevral 2021 12:18
28530
DÜNYA
A- A+

Ermənistanda aksiya iştirakçıları saxlanıldı

Ermənistan polisi bu gün hökumət binası yaxınlığında aksiya keçirən vətəndaşların həbsinə başlayıb.

Azvision.az xəbər verir ki, aksiya iştirakçıları baş nazir Nikol Paşinyanın hökumət binasına girişinə mane olmağa çalışıblar. Onlar Paşinyan gələrkən baş naziri təhqir edib, söyüşlər söyüblər.

Müxalifətin aksiyasının başlamasından əvvəl polis qüvvələri hökumət binası qarşısına toplaşıb, vətəndaşların hərəkətini məhdudlaşdıraraq binanın ətrafında geniş bir ərazini mühasirəyə alıb.

Məlumata görə, aksiya iştirakçıları arasında saxlanılanlar var. Hələlik onların dəqiq sayı açıqlanmayıb. Polis etirazçıları saxlayarkən zorakılığa əl atıb. İnsident zamanı “Sputnik Ermənistan”ın operatoru zərər çəkib.