adalet.az header logo
  • Bakı 13°C
28 Fevral 2021 10:01
30239
MARAQLI
A- A+

Antarktida buzlağından nəhəng aysberq ayrılıb - VİDEO

Antarktidada nəhəng aysberqlərdən biri buz şelfindən qopub.

İngiltərənin Antarktida Araşdırması Xidmətinin məlumatına əsasən, nəhəng buz dağının tutduğu sahə təxminən 1 270 kvadrat kilometr təşkil edir.

Xidmətin alimlər bildiriblər ki, artıq 10 ildir buzlaqda 150 metr qalınlığında olan böyük çatlar əmələ gəlməyə başlamışdı.

Nəticədə buz dağının buzlağın əsas hissəsindən qopması qaçılmaz olub.

Həmçinin qeyd olunur ki, qopan buz parçasının ölçüsü Sankt-Peterburqun ərazisi ilə müqayisə edilə bilər.