adalet.az header logo
  • Bakı 23°C
  • USD 1.7
28 Fevral 2021 19:42
24847
İDMAN
A- A+

"Onu "Arsenal"a gətirmək üçün çox şey etdim" - Arteta

"Arsenal"ın baş məşqçisi Mikel Arteta futbolçusu Villianın çıxışı barədə danışıb.

Qol.az goal.com-a istinadən xəbər verir ki, o, klubun braziliyalı hücumçudan daha yaxşı oyun gözlədiyini deyib:

"Cümə axşamı Villianın çıxışından razı qaldım. Hər gün məşq etməsi və çalışması təqdirə layiqdir. İndi yavaş-yavaş ehtiyacımız olduğu kimi davranmağa başlayır. Hücum xətti matçların nəticəsinə qərar verir.

Komanda yoldaşları Villianı sevir. Kluba gələndə ondan daha çox gözləyirdik. Lakin Villian müxtəlif səbəblərdən ən yaxşı oyununu göstərə bilmədi. Ümid edirəm ki, Avropa Liqasında çıxş etmək ona necə vacib oyunçu olduğunu göstərəcək. Villian çox sevdiyim futbolçudur və onu komandaya gətirmək üçün çox şey etdim. Ümid edirəm ki, bizə daha çox fayda verə bilər".

Qeyd edək ki, Villian bu mövsüm Premyer Liqada 18 matça çıxıb və 3 qol vurub. Braziliya millisinin də üzvü olan futbolçu "topçular"a ötən il "Çelsi"dən keçib.