adalet.az header logo
  • Bakı 9°C
  • USD 1.7
02 Mart 2021 10:46
17411
DÜNYA
A- A+

Türkiyədə toyların keçirilməsinə icazə verildi

Türkiyədə Nazirlər Kabinetinin iclasından sonra toyların necə keçiriləcəyi bəlli olub.

Adalet.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, toylar yeni növ koronavirus infeksiyasının regionlarda yayılma nisbətinə görə keçiriləcək.

Belə ki, az və orta riskli vilayətlərdə maksimum 100 nəfərin iştirakı ilə toyların keçirilməsinə icazə veriləcək.

Virusun yayılma riski yüksək olan bölgələrdə qonaqların sayı 50 nəfərdən çox olmayacaq. Hər iki halda toylar bir saatdan çox davam etməyəcək.