adalet.az header logo
  • Bakı 12°C
  • USD 1.7
11 Aprel 2021 12:41
25068
MƏMLƏKƏT
A- A+

Türk Şurasının nümayəndə heyəti Ağdam şəhər Cümə məscidində olublar

Türk Şurasının nümayəndə heyətinin Ağdama səfəri başlayıb

Trend-in Qarabağ bürosunun məlumatına görə, Türk Şurasının informasiya və media üzrə məsul nazirləri və yüksək vəzifəli rəsmiləri Ağdam şəhər Cümə məscidində olublar.

Qonaqlar ermənilər tərəfindən viran qoyulmuş Ağdam şəhərinin Cümə məscidindəki dağıntılarla tanış olublar.

Qeyd edilib ki, Ağdamda törədilən dağıntılar erməni vandalizminin və barbarlığının bariz nümunələridir. Ermənilər işğal etdikləri digər rayonlarda olduğu kimi, Ağdamda da ölkəmizin tarixi-mədəni irsinə qarşı misli görünməmiş vandalizm aktları həyata keçiriblər. Rayondakı bütün abidələr, mədəniyyət ocaqları, məscidlər, qəbiristanlıqlar dağıdılıb, təhqir olunub, bəziləri isə erməniləşdirilib.