adalet.az header logo
  • Bakı 12°C
  • USD 1.7
12 Aprel 2021 12:48
33833
ŞOU-BİZNES
A- A+

Məşhurlarımız koronavirusa yoluxdu: Vəziyyətləri…

Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb ki,Azərbaycanda bu gün koronavirus infeksiyasına 2414 yeni yoluxma faktı qeydə alınıb, 1695 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Adalet.az xəbər verir ki, xalq artisti Niyaməddin Musayev də koronavirus infeksiyasına yoluxub.Test nəticəsi pozitiv çıxandan sonra sənətkarı Mərkəzi Neftçilər Xəstəxanasına yerləşdiribər. N.Musayev artıq bir neçə gündür ki, orada müalicə alır və xəstəxanadan verilən məlumata görə durumu yaxşıdır. Onun hərarəti normala düşüb.

Məlumata görə əməkdar artist Nahidə Orucova da bir neçə gün əvvəl səhhəti ağırlaşıb. aktrisa hal-hazırda həkim nəzarətindədir və müalicələri davam edir

 

Ətiqə Rəşid