SON DƏQİQƏ:

Qaradağda top mərmisi tapılıb - FOTO

  16561   |  
Şriftin ölçüsü  

Qaradağ rayonunun ərazisində partlayış təhlükəli əşya aşkar edilib.

Fövqəladə Hallar Nazirliyindən Adalet.az-a verilən məlumata görə, ötən gün Nazirliyin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Qaradağ rayonunun ərazisində partlayış təhlükəli əşyanın aşkar edilməsi barədə məlumat daxil olub. Daxil olmuş məlumat əsasında dərhal hadisə yerinə Nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin (XRXX) xüsusi texnika və avadanlıqlarla təchiz edilmiş pirotexnik qrupu cəlb olunub.

Hadisə yerinə baxış zamanı döyüş tətbiqinə yararsız, lakin insan həyatı üçün təhlükəli 1 ədəd 85 millimetrlik top mərmisi aşkar edilib.

FHN XRXX-nin mütəxəssisləri hüquq-mühafizə orqanlarının əməkdaşları ilə birgə ərazidəki insanların təhlükəsiz məsafəyə uzaqlaşdırılmasını təmin etdikdən sonra pirotexniklər aşkar edilmiş mərmini ərazidən götürərək, müvafiq qaydada zərərsizləşdiriblər.

Əraziyə təkrar baxış zamanı başqa partlayış təhlükəli əşya aşkar edilməyib.

Həmçinin, Tovuz rayonunun Vahidli kəndi ərazisində partlayış təhlükəli əşyanın aşkar edilməsi barədə Nazirliyin “112” qaynar telefon xəttinə daxil olmuş zəng əsasında FHN Xüsusi Riskli Xilasetmə Xidməti və Qarabağ Regional Mərkəzinin müvafiq qüvvələri hadisə yerinə cəlb olunub.

Hadisə yerinə baxış zamanı 1 ədəd partlamamış 85 millimetrlik top mərmisi aşkar edilib götürülərək, aidiyyəti üzrə təhvil verilib. Təkrar baxış zamanı ərazidə hər hansı partlayış təhlükəli əşya aşkar edilməyib.

Dosta Göndər :

  

SON XƏBƏRLƏR

2021-05-15
2021-05-14

Video

Yazarlar

MARAQLI

DÜNYA

ƏDALƏT BU GÜN
May: 08, 06, 04, 01,
April: 29, 27, 24, 22, 20, 17,

Redaktor seçimi

FOTOREPORTAJ

GÜNÜN SİTATI

SORĞU

Azərbaycanda futbol var?

ÇOX OXUNAN

GÜNÜN LƏTİFƏSİ

Futbol üzrə Avropa çempionatının qrup mərhələsi. Portuqaliya  -Azərbaycan. Oyunun 17-ci dəqiqəsi, hesab 2 -0 -dı, Ronaldo vərimə zərbəsi vurmağa hazırlaşır. Baş məşqiçi Brayze oyunçulara tapşırıqlarını verir, yığmamızınoyunçuları cərimə meydanşadında canlı sədd qurublar,  hamı topa baxır, Bədavi Hüseynov əksinə öz qapımıza baxır.

Kapitan Maksim Medvedev:

- Bədavi hara baxırsan? üzünü çevir.

Bədavi:

 - Siz hara baxırsınız -baxın, mən qolu görmək istəyirəm.

ARXİV

TƏQVİM

FACEBOOK