SON DƏQİQƏ:

Flora Kərimova: “O qədər cahilsiniz ki...”

  35814   |  
Şriftin ölçüsü  

"Kütlə", o qədər cahilsiniz ki, dilimizi rəzilliyə apardığınız kimi, mənasını da başa düşməkdə çətinlik çəkirsiniz. Birinci deyil, onuncu deyil, heç yüzüncü də deyil ki, bu kimi çirkab kampaniyalardan alnım açıq çıxmışam. Bir şey tapmadız yazmağa? İndi də Allahın qibləsini tanımayan məni 80 yaşımda "Allahsızlıqda" günahlandırır. Yaradanlarla Allahlar (Şiva, Zevs, Ra, Məzda...) arasındakı fərqi görmürsünüzsə, bu sizin savadsızlığınızdır".

Bu sözləri Xalq artisti Flora Kərimova sosial şəbəkədə yazıb. Müğənni haqqında yazılan "Allahın məni cəzalandırmağa ixtiyarı yoxdur" yazısına və ünvanına deyilən tənqidlərə münasibət bildirib:

"Bir tikə çörək üçün kişiliyinizi, ləyaqətinizi, qeyrətinizi, vicdanınızı tapdalamaq yarışına girmişiniz. Sözümü dəyişib məni savadsız kütlənin qarğışına, söyüşünə tuş etdiniz. Sonra bundan pul qazanıb aparıb evdəki övladlarınıza yedirdiniz. Bəs, sonra? Nuş oldu? Bəs sən, Allah dediyin varlıqdan qorxmadın? Məni başa düşmək üçün sizin nə yaşınız, nə dünyagörüşünüz, nə intellektiniz, nə də savadınız çatdı. Heç olmasa Flora deyəni elə təhrif edərdiniz ki, min nəfər inansın.

Dünən biri ölür, tanımadan, bilmədən bu gün nələr yazırsız şərhlərə... Artıq o həddə çatmışınız ki, Allahın qədərinə, yazdığı taleyə, ölümlə lağ-lağı edirsiniz, şərh yarışına çıxırsınız. Görək, kim daha yaxşı şərh yazacaq.

Sizin nədən sığortanız var axı bu həyatda? Özündən əminsən, bəs övladlarındandamı qorxmadın ki, bu qınağa görə Allah başına daş salar?

Virtual qeybətin aludəçiləri, rəzalət içindəsiniz. Yaradan bağışlayacaq sizi? Bəli, demişəm, yaradan hər kəsi bağışlasaydı, cəhənnəm olmazdı. Yaradan mənə haqq veribsə, haqqımı çeynəyənlərə halal etmirəm. Təəssüf ki, bu günahlarınızı başa düşəcək biçimdə yaradılmadız. İndi gedin bu müqəddəs ayda ha tövbə edin, ha namaz qılın!
Ömrümü mən boşuna yaşamadım. Bu Ramazan ayında bağımda "it ovçularından" gizlədib bəslədiyim küçə itlərinin savabı mənim bəsimdir! "Sən"lərin duaları olmasa da olar".

İLTIFAT

Dosta Göndər :

  

SON XƏBƏRLƏR

2021-05-16

Video

Yazarlar

MARAQLI

DÜNYA

ƏDALƏT BU GÜN
May: 08, 06, 04, 01,
April: 29, 27, 24, 22, 20, 17,

Redaktor seçimi

FOTOREPORTAJ

GÜNÜN SİTATI

SORĞU

Azərbaycanda futbol var?

ÇOX OXUNAN

GÜNÜN LƏTİFƏSİ

Futbol üzrə Avropa çempionatının qrup mərhələsi. Portuqaliya  -Azərbaycan. Oyunun 17-ci dəqiqəsi, hesab 2 -0 -dı, Ronaldo vərimə zərbəsi vurmağa hazırlaşır. Baş məşqiçi Brayze oyunçulara tapşırıqlarını verir, yığmamızınoyunçuları cərimə meydanşadında canlı sədd qurublar,  hamı topa baxır, Bədavi Hüseynov əksinə öz qapımıza baxır.

Kapitan Maksim Medvedev:

- Bədavi hara baxırsan? üzünü çevir.

Bədavi:

 - Siz hara baxırsınız -baxın, mən qolu görmək istəyirəm.

ARXİV

TƏQVİM

FACEBOOK