SON DƏQİQƏ:

Ramina İmanova: İlahi,məni özümə bağışla!

  37935   |  
Şriftin ölçüsü  

Mənə şikayət yaraşmaz, Allahım!

Ayıb olar ki, deyim

sevmirəm mənə verdiyin bu həyatı

Niyə sevməyim ki...?

Suallarım var sadəcə,

nə edim,

dərk etmirəm bu qəliz kainatı!

Sənə deməyəcəm ki, məsələn,

miyə ölür insanlar?

Sənə qovuşmaq üçün

Niyə illa ki, ayrılmalıdır bədənlərdən canlar?

Niyə var axı hər başlanğıcın bir sonu...?!

Şikayət etməyəcəm!

Yox!

Deməyəcəm ki, İlahi,

çox çətindi bizim üçün qurduğun bu həyat oyunu.

Məni anlamazlığıma bağışla, Rəbbim!

Dünyanla müqayisədə nə yaşım var ki, mənim?

Nə olar, uşağlığımın əlindən tut

həftə-həftə, ay-ay,

şübhə-şübhə, inam-inam böyüt məni.

Mən dərdlərimi yerin dibinə pıçıldayıram

Sən göyün üzündə eşit məni.

Allah haqqı, düz sözümdü

Sənə deməyəcəm ki, niyə axı

belə-helə, filan, və sayir və ilaxır...

Ağlayacam sadəcə

için – için susacam.

Sən onsuz da halımdan anlayacaqsan məni

Mənsə qərar vermişəm

bu gecə sabahacan özümü səcdəndən asacam!

İlahi,

şikayət etməyəcəm şeytandan sənə,

deməyəcəm ki, indi səni sevmək çətin olub,

yasaq olub.

Səni gizli-gizli

qaçaq kimi sevəcəm!

Bunu biləsən, böyüməyəcəm sevgidə;

Səni həmişə uşaqlıqda atamı sevdiyim kimi,

Mahmud əminin ağacı boyda,

Səni

uşaq kimi sevəcəm!

İlqar Kamil

Əyrilərim çox olub,

elə bilirsən bilmirəm?

Bağışla, İlahi,

məni ömrümdə etdiyim bir-iki düzümə bağışla.

Nə vaxtdı ki,

necə, harda, kimdə olduğumu bilmirəm

Bağışla, İlahi,

məni

özümə bağışla!

Dosta Göndər :

  

SON XƏBƏRLƏR

2021-06-19
2021-06-18

Video

Yazarlar

MARAQLI

DÜNYA

ƏDALƏT BU GÜN
May: 27, 25,

Redaktor seçimi

FOTOREPORTAJ

GÜNÜN SİTATI

SORĞU

Azərbaycanda futbol var?

ÇOX OXUNAN

GÜNÜN LƏTİFƏSİ

Zahid Oruc Brüsseldə oteldə istirahət edir.

Qəflətən yaylım atəşi açılır, ardınca ikinci, üçüncü...

Zahid müəllim həyəcanla vestübülə düşür və otelin işçilərindən nə baş verdiyini soruşur. Otelin administratoru:

- Ser, ABŞ prezidenti Co Bayden Brüsselə gəlib, ona görə atırlar.

Zahid müəllim təəcüblə:

- Nədi, birinci dəfədən vura bilmədilər?

ARXİV

TƏQVİM

FACEBOOK