SON DƏQİQƏ:

 Anahidə olan borcum: Mütləq qaytarmalıyam!

  144685   |  
Şriftin ölçüsü  

Ötən ilin elə bu vaxtları idi.  Elə lap ilin  bu günü idi. 8 MAY!

Həmişəki kimi yuxudan duranda öncə  əlimə telefonumu aldım. Sosial şəbəkələrə ötəri bir baxış atıb, dostluğumda olmayan amma sosial şəbəkədə aktiv olan erməni qızın səhifəsinə girdim... Soyadı  ya Ambarsumyan idi,  ya Ayrikyan, yadımda deyil, amma adı Anahid idi.  Bu erməni qızı gecə-gündüz yatmırdı. Şuşadan, Kəlbəcərdən, Laçından, bir sözlə, Qarabağın ən ucqar nöqtələrindən, abidələrindən fotolar çəkdirir, xoşbəxt , qürurlu təbəssümünü  də üzünə yapışdırıb sosial şəbəkələrdə paylaşırdı. Elə bil anlamışdı ki, o dağın- daşın məcnunu olanların bir çoxu onu izləyir, yurdlarının son halını Anahidin  paylaşım etdiyi fotolardan görür, min cür abu- havaya qapılır, təbdən təbə düşür, ağlıyır, sıtqıyır, bir sözlə, səhhətini bərbad duruma salır... Anahid necəsə amma bunu anlamışdı. Çünki, o təbəssümü, o qürurlu gülümsəmə hər fotodan boylanırdı. 

Mən özüm işğaldan əvvəl Şuşada cəmi 2 dəfə olmuşdum. Bununla belə Anahidi  Şuşaya aid fotolar fonunda xoşbəxt görəndə bütün həyatıma nifrət edirdim. gözüm dolurdu,  kədərlənirdim,  bizim torpaqlarımıza sahib çıxanlara və onların havadarlarına nifrinlər yağdırırdım. 

Əziz oxucum, bilmirəm, o fotolara baxandan sonra sizlər mənim halımı təsəvvür etdinizmi.. ? Hələ Kəlbəcər rayonunun "Aterk” adlandırılmış Həsənriz kəndində ermənilərin kətə festivalı: 120 pavilyonun açıldığı tədbirə 12 min erməni qatıldı. İşğalçılar festivalda kətə ilə yanaşı, Azərbaycan torpaqlarında yetişən, hazırlanan digər məhsulları da nümayiş etdirdilər. Azərbaycanın milli qida növlərindən olan kətəni "Jenqlyav has” adlandıraraq dünyaya erməni qidası kimi təqdim etdilər.

Əvvəlki kətə festivalında- Xocavəndin Tuğ kəndində keçirilən kətə yarışmasında 2, 83 metrlik kətə hazırlanmışdı, bu ilə isə Hadrutdan gəlmiş ustalar rekordu yeniləyərək kətənin uzunluğunu 3,03 metrə çatdırdılar. Əsl bayram, əsl şənlik..  İnanıram çoxunuz o festivalı unutmadınız, o festivalın verdiyi acını yaşadınız.

Sonra erməniıər Xocavənd rayon mərkəzində (“Martuni”) nar festivalı keçirdilər. 

Festivalda iştirak etmək istəyənlər üçün Xankəndindən xüsusi avtobuslar ayrıldı. Gediş haqqı 1000 dramdan(təxm. 3,4 AZN). Tədbirdə 50-55 pavilyonda işğal altındakı torpaqlarımızda yetişən nar məhsulları nümayiş etdirildi.. Festivalda Ermənistanın tanınmış şou-biznes nümayəndələrinin iştirakıyla konsert, milli rəqs və oyunlar, əl işlərindən ibarət sərgi-yarmarka keçirildi.  

Daha sonra “ArtsaxEtnoFest” adlı “beynəlxalq” festivalın keçirildi. “Festival” çərçivəsində məşhur İsa bulağı yaxınlığndakı “İsaaki Axpyur”(“İsaak bulağı”) adlı restoran-kompleksində müxtəlif ölkələrin kulinarlarının iştirakıyla həmin xalqların mətbəxlərinə aid xörək və şirniyyatlar  nümayiş etdirildi. Düzü, böyük bir bayram...
 Ən aşağılayıcı tədbir bilirsiniz nə idi? Hər ilin 9 mayında keçirilən “DQR”-in müdafiəsinin  filan illiyi”nə həsr olunmuş, tədbirlər idi...”qəhhhrəman erməni əsgərinin” “əyilməz” imicini görmək dərdi yığırdı bizi...

Bütün bunları ən aydın formada Anahid in səhifəsindən izləyirdim və tari-mar olurdum... Bu məlun, xudpəsənd, xain ermənilər 28 il ürəyimizin başına xəncərlər soxmaqdan, qanımızı axıtmaqdan zövq aldılar. 

Nəisəki... şərtlər dəyişdi, haqsızlığın da qarşısı alınası oldu! 44 günlük müharibə, nə qədər yaramıza məlhəm oldu. Azərbaycan Ordusu, Tanrı haqqının vuran qolu oldu! Bitdi o dərd, ələm saçan, sintiranlı günlər, bitdi!

Bir zamanlar  erməninin qarşısında utancla, sınmış qürurla durduğumuz,   yaralı köçkünlərin, şəhid ruhlarının üzünə dik baxa bilməyib, yazıq görkəm alaraq başımızı aşağa sallandığımız günlərdən çox uzaqdayıq! İndi dünyanın ikiüzlü sifətinə də, ermənin xain vücuduna da, Şəhidlərimizin ruhuna da, köçkünlərin kövrək qəlbinə də  dik baxırıq! Qalib kimi! O Tanrının vuran qolları, ömrümüzü, həyatımızı, yaşantımızı sizə borcluyuq!

Şuşanı rəşadətli ordumuz, igid oğullarımız işğaldan azad etdikdən sonra, hələ ki, oralara ayaq basmamışam. Amma, işdir, əgər o yerlərə gedəsi olsam, mütləq ordan, uzun illərdi cənnət yurdumun fonunda xoşbəxtlik və qürurlu təbəssümləri  Anahidə göndərəcəyəm!Ona  olan borcumu qaytaracam! Mütləq!

Yaşasın Azərbaycan İgidləri! Şuşa bizimdir, Şuşa bizdədir, Şuşa əbədi olaraq bizim olacaq, Şuşa!

Gəlirəm Anahid!

Əntiqə Rəşid

Dosta Göndər :

  

SON XƏBƏRLƏR

2021-06-19
2021-06-18

Video

Yazarlar

MARAQLI

DÜNYA

ƏDALƏT BU GÜN
May: 27, 25,

Redaktor seçimi

FOTOREPORTAJ

GÜNÜN SİTATI

SORĞU

Azərbaycanda futbol var?

ÇOX OXUNAN

GÜNÜN LƏTİFƏSİ

Zahid Oruc Brüsseldə oteldə istirahət edir.

Qəflətən yaylım atəşi açılır, ardınca ikinci, üçüncü...

Zahid müəllim həyəcanla vestübülə düşür və otelin işçilərindən nə baş verdiyini soruşur. Otelin administratoru:

- Ser, ABŞ prezidenti Co Bayden Brüsselə gəlib, ona görə atırlar.

Zahid müəllim təəcüblə:

- Nədi, birinci dəfədən vura bilmədilər?

ARXİV

TƏQVİM

FACEBOOK