adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7
04 Iyun 2021 12:30
55116
ŞOU-BİZNES
A- A+

Sevinc - Sevil bacıları: “Atamın Rusiyadakı  Alana adlı  qızı…”

Yadınızdadırsa, əkiz müğənnilər - Sevinc və Sevil bacıları Azərbaycanın milli valyutasına qarşı təhqiramiz sayılacaq bir hərəkətə yol vermişdilər.

Verlişə start verilən kimi, mahnı oxuyan qızlardan biri operatorun onlara uzatdığı manatı alaraq, cırmağa, parçalara bölməyə başlayır və nümayişkaranə şəkildə yerə atmışdılar. O vaxtdan Azərbaycan tamaşaçısı bu bacılara qarşı birmənalı münasibət bəsləmir.

Bu gün onlardan maraqlı  eyni zamanda fərqli bir xəbər var.

Adalet.az xəbər verir ki, bu günlərdə bacılar maraqlı etiraf edib. Belə ki, “Həmin Zaur” proqramında qonaq olan müğənni bacılar dünyasını dəyişmiş atalarının Rusiyada daha bir qız övladının olduğunu açıqlayıb.

Onlar qeyd ediblər ki, atalarının nikahdankənar dünyaya gələn bacıları ilə əlaqələri var.

Sevinc bildirib ki, Alana adlı xanım Rusiyada yaşayır və orada ailə həyatı qurub:

“Bacımızdır. Anası rusdur. 20-dən çox yaşı var. Görüşmüşük. Bakıya heç vaxt gəlməyib. Sevilə daha çox bənzəyir. Atam sağ olarkən maraqlanardı. Anam da ona heç vaxt fərq qoymayıb. Hazırda qardaşımla anam onunla eyni şəhərdə yaşayır, bir-birilərini görürlər”.

Qeyd edək ki, Sevil-Sevinc Səfərova bacıları ötən illərdə bayraq geyimində olan fotoları paylaşaraq, izləyicilərin tənqid obyektinə çevrilmişdilər və buna görə də hər zaman izləyicilərin bir çoxu onlara qarşı aqressiya nümayiş etdirir.

 Əntiqə Rəşid