adalet.az header logo
  • Bakı 11°C
  • USD 1.7
10 Iyun 2021 12:55
16615
GÜNDƏM
A- A+

Olimpiya Stadionu tam nəzarətə götürülüb - DİN

Bakı Olimpiya Stadionu və onun ətrafı polis əməkdaşları tərəfindən tam nəzarətə götürülüb.

Bu barədə Adalet.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, təhlükəsizlik tədbirlərinin görülməsi üçün bütün zəruri tədbirlər həyata keçirilib.

Qeyd edək ki, AVRO-2020 iyunun 11-dən iyulun 11-dək keçiriləcək. Təqvimə əsasən, Bakı Olimpiya Stadionu A qrupunun İsveçrə - Uels, Türkiyə - Uels və Türkiyə - İsveçrə qarşılaşmalarına, eləcə də 1/4 final mərhələsinin 1 oyununa ev sahibliyi edəcək.