adalet.az header logo
  • Bakı 16°C
14 Iyun 2021 11:57
19998
ELM VƏ TƏHSİL
A- A+

Təhsil naziri “Son zəng”i Tapqaraqoyunluda qeyd etdi FOTO

Bu gün “Son zəng”i Goranboy rayonu Tapqaraqoyunlu kənd tam orta məktəbində qarşılayırıq.

Adalet.az xəbər verir ki, bunu təhsil naziri Emin Əmrullayev “Facebook” səhifəsində yazıb.

Nazir bildirib ki, 1993-cü ildən Azərbaycanın Milli Qəhrəmanı, məktəbin məzunu, şəhid Niyazi Aslanovun adını daşıyan məktəb hər iki Qarabağ müharibəsi zamanı daim atəşə məruz qalıb.

"Neçə-neçə uğurlu vətəndaşlar yetişdirən məktəbdən bu gün 21 şagirdimiz məzun olur, “Son zəng”i Qələbə sevinci ilə yola salırlar", - E.Əmrullayev qeyd edib.