adalet.az header logo
  • Bakı 15°C
  • USD 1.7
17 Iyun 2021 09:16
20241
İDMAN
A- A+

Serxio Ramos "Real"dan ayrılıb

İspaniyalı müdafiəçi Serxio Ramos "Real Madrid" futbol klubundan ayrılıb.

Adalet.az-ın məlumatına görə, bu barədə klubun mətbuat xidməti bildirib.

Məlumata əsasən, iyunun 17-də futbolçunun vida mətbuat konfransı klub prezidenti Florentino Peresin iştirakı ilə baş tutacaq. 35 yaşlı S.Ramosun "Real Madrid" ilə müqaviləsi 30 iyun 2021-ci ilə qədər imzalanıb.

Son illər ərzində o "Real"ın kapitanı olub.