SON DƏQİQƏ:

Aqil ABBAS: ÜZEYİRİ DEMİRƏM, XAN ƏMİNİN  QABAĞINA BİR NƏFƏR ÇIXARDIN 

  113287   |  
Şriftin ölçüsü  

Oxuyuram, bir erməni  politoloq deyir ki, Şuşa ermənilərin mədəni- tarixi irsidi.

Şuşadan çıxan böyük dahi və böyük şəxsiyyətlərin  təkcə adlarını  və tərcümeyi-hallarını yazsaq, «Ermənistan tarixi» boyda bir kitab edər. Rəhmətlik Firudin Şuşinskinin «Şuşa» adlı bir kitabı nəşr olmuşdu, gərək ki, 60-70-ci illərdə, özü də rus dilində. Sonra ermənilər nə təhər vay-şivən qopartdılarsa, demək olar ki, kitab  satışdan yığışdırıldı  və Azərbaycan  dilində də nəşr olunmadı.

İndi Şuşa şəhərinin  gələn il 270 illiyidi. Firudin bəyin həmin kitabını  müvafiq dövlət orqanları, deyək ki, Mədəniyyət Nazirliyi, təkrar çap etməlidir. Özü də təkcə Azərbaycan dilində yox, rus, ingilis, fransız, alman və eləcə də erməni dilində.

 Bu, Şuşanı  erməni şəhərə sayanlara ən ciddi cavab olar.

Nə isə… İndi həmin politoloq Aşot (qarabağlılar  bütün ermənilərə Aşot deyirlər) Üzeyir bəyi qoyduq kənara, Vaqifi, Natəvanı, Nəvvabı, Müctehidzadəni, Lətif Kərimovu, Bülbülü, Rəşid Behbudovu, Əhməd Ağaoğlunu, Kərim bəy Mehmandarovu, ümumiyyətlə, Mehmandarovları, Haqverdiyevi, Süleyman Sani Axundovu, Lenin Mükafatı Laureatı, məşhur  operator və kinorejissor Cavanşir Məmmədovu  (vallah, yoruldum, indən  belə gərək 100 şəxsin də adını çəkim)  qoydum bir kənara, təkcə Xan əminin qarşısına  çıxara  biləcək bir şəxsin adını çəksinlər.

Demirəm  erməni  xalqının  böyük  sənətkarları  yoxdu, təbii ki, var. Mən Qarabağdan və xüsusilə Şuşadan çıxan  şəxsiyyətlərin  siyahısını istəyirəm. Buyurub göndərsinlər, mən də dərc edim.

Ay ermənilər, Qrant Matevosyanla fəxr edin, Zori Balayan kimi sizi məhv edən insanlarla, Köçəryanla, Sərkisyanla yox .

Mejduproçim, Anait  Naira Allahverdiyandan gözəl müğənni idi. Sadəcə olaraq, bir az gözü  çəp idi, amma Nairanın bədəni Kim Qardaşyanınkı kimi olmasa da, babat bədəni vardı. O bədənə görə də   Azərbaycanın xalq artisti  adını  almışdı. Amma biz qarabağlılar  bilirik ki, Anait ondan yaxşı müğənniydi.

Nə isə, deyəsən  sözü  çox uzatdım. Erməni qonşular, Üzeyir  bəyi  təmiz qoyduq  kənara. Şuşadan Xan əminin  önünə çıxa biləcək bir  adam göstərin.

Dosta Göndər :

  

SON XƏBƏRLƏR

2021-08-01
2021-07-31

Video

Yazarlar

MARAQLI

DÜNYA

ƏDALƏT BU GÜN
July: 17, 10, 03, 01,
June: 26, 24, 22, 19, 17, 15,

Redaktor seçimi

FOTOREPORTAJ

GÜNÜN SİTATI

SORĞU

Azərbaycanda futbol var?

ÇOX OXUNAN

GÜNÜN LƏTİFƏSİ

Vəli Xramçaylı ilə Kəramət Böyükçöllə bulvarda çayxanada söhbət edirlər. Son vaxtlar intiharda  cox danışan Kəramət:

- Vəli qardaş, sən dünya görmüş adamsan. Görəsən o ən hündür binadan özümü yerə atsam neçə günə yerə düşərəm?

Vəli Xramçaylı:

- Uzağı bir həftəyə.

Kəramət:

- Bəz görəsən yerə düşəndə ölərəm?

Vəli Xramçaylı:

- Ayə bə nədi, bir həftə yerə düşənəcən göydə elə ajınnan ölərsən dana.

ARXİV

TƏQVİM

FACEBOOK