SON DƏQİQƏ:

""Delta" ştammına qarşı yeni mübarizə üsulu yoxdur" - Hande Harmancı

  17386   |  
Şriftin ölçüsü  

“Artıq Azərbaycanda “Delta” ştammının olması təsdiqləndi. Hər kəs bu variantın ölkəyə gələcəyini onsuz da bilirdi”.

“Report” xəbər verir ki, bunu Bərdədə səfərdə olan Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycan nümayəndəliyinin rəhbəri Hande Harmancı jurnalistlərə açıqlamasında deyib.

ÜST rəsmisi bildirib ki, bu variantın özəlliyi daha sürətlə yayılmasıdır:

“Buna görə də çox sayda insan xəstələnə bilir. Yeni varianta qarşı yeni mübarizə üsulu yoxdur. Tələblər eynidir. Mütləq şəkildə peyvənd vurdurmaq lazımdır. Azərbaycan hökumətinin vətəndaşlara vurdurulması üçün təqdim etdiyi peyvəndlərdən birini istifadə etmək məsləhətdir. Digər tərəfdən də gigiyenik qaydalara əməl etmək şərtdir”.

Qeyd edək ki, Səhiyyə Nazirliyi, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin birgə yaydığı məlumata görə, aparılan araşdırmaların növbəti mərhələsində son dövrdə ölkə xaricindən gələn şəxslərdən alınmış nümunələrdən 31-də B.1.617 (Delta) variantı aşkar olunub. Nümunələrdən 9-da isə B.1.1.7 (20 Alpha V1, Britaniya) variantı aşkar olunub.

Dosta Göndər :

  

SON XƏBƏRLƏR

2021-10-22

Video

Yazarlar

MARAQLI

DÜNYA

ƏDALƏT BU GÜN
October: 23 21 19 16 14 12 09 07 05 02

Redaktor seçimi

FOTOREPORTAJ

GÜNÜN SİTATI

SORĞU

COVİD 19 peyvəndi vurdurmusunuz?

ÇOX OXUNAN

GÜNÜN LƏTİFƏSİ

Vasif Quliyevin kefi yuxarıdı, sanki səmalarda uçur. Aqil Abbas:

- Vasif, xeyir ola, genə göylərdə uçursan?

Vasif müləllim:

- Qağa neyniyim, "Parıament" siqareti cəkirəm, amma parlamentə düşə bilmirəm. "Prezident" yağı yeyirəm, prezident ola bilmirəm. Bircə

 "Vozdux" arağı real kömək edir, içən kimi havalarda uçuram.

ARXİV

TƏQVİM

FACEBOOK