adalet.az header logo
  • Bakı 10°C
  • USD 1.7
23 Iyul 2021 12:44
17192
SAĞLAMLIQ
A- A+

Orqanizmin gömrük xidməti- qaraciyər

Arizi qəmlər əlindən ürəyim şişmiş idi,
Zənn edərdim edəcəkdir ona çarə ciyərim.
Bəxti mənhusəmə bax mən bu təmənnadə ikən,
Başladı şişiməyə bu üzü qarə ciyərim?

 

Hər dəfə qara ciyərdən söhbət düşəndə yadıma Mirzə Ələkbər Sabirin bu misraları düşür. Qarşılaşdığı bütün mənəvi əzablara ürəyi dözsə də, ciyəri böyük şairə naxələf çıxdı. Ümumiyyətlə, qaraciyər bədənin sağlamlığını qoruyan əsas orqanlardan biridir. Qidanın mənimsənilməsi və qan dövranın tənzimlənməsində qara ciyərin funksiyanı böyükdür. Qida rejiminin pozulması, həzmin çətinləşməsi qara ciyərin işini ağırlaşdırır. Öd kisəsi və öd yolunun iltihabı qara ciyərin xəstələnməsinə səbəb olur.

Təcrübə göstərir ki, qaraciyəri xəstə olanlar üçün yağlı ət, yumurta, pendir, ağır yeməklər zərərdir. Onlar daha çox meyvə-tərəvəz işlətməlidirlər.

Xörəkdə sarıkök işlətmək qara ciyər xəstələri üçün faydalıdır. Limon şirəsi qara ciyərin fəaliyyətini tənzimləyir, öd kisəsinin işini asanlaşdırır.

Səhərlər acqarına 1 fincan yerkökü şirəsi içmək, qara ciyərə müsbət təsir göstərir. Bu orqanın fəaliyyəti zəifləyərsə, günorta və axşam yeməyindən qabaq 10-12 ədəd qara albuxaranı əvvəlcə suda isladır, sonu onu 2-3 saat qaynadıb, 3 dəfə suyunu isti su ilə dəyişir, bu şirəni soyumuş halda içirlər.

Qaraciyər narahatlığı olanlar üçün çiyələk və xurma da yaxşı və münasib sayılır.

Xəstələr zeytun yağından da istifadə edə bilərlər. Onu səhərlər acqarına işlətmək daha faydalıdır.

Alma, qara ciyər narahatlığı olanlar üçün çox faydalı qidadır. O bütün bədən üzvləri üçün xeyirli olmaqla yanaşı, qara ciyəri qüvvətləndirir.

Ciyər şişində və böyüyəndə qurudulmuş qızılgülü qaynadıb döyür və təpitmə qoyur, təzə südü gənəgərcək yağı və ya acı badam yağı ilə qatıb içirlər. Çobanyastığının qaynadılmış şərbətini içmək şiş üçün münasibdir. Kasnı suyu içmək də ciyər şişməsinə qarşı çox yaxşıdır.

Həmçinin yemiş tumunu döyüb şirəsini çıxarır, sünbül və saqqızağacı ilə qatıb məlhəm qoyurlar. Ciyər şişməsinin başlanğıcında heyvanı sirkə və su ilə qaynadıb döyərək təpitmə düzəldir, ona səndəl və gül yağı qatırlar.

Şişmə və iltihab öd və sidik kisəsinə sirayət edərsə və istilik olarsa turş nar şirəsi, qurut, pərpərən toxumunun şirəsini iskəncəbi ilə içmək münasibdir. Şişmə irinləşərsə və böyüyərsə çobanyastığı, xəşəmbül, süsən kökü, gülxətmi kökü, yarpız, quru əncir, tumsuz kişmiş, qızardılmış soğan, saflor toxumunun yağı, yapışqan, arpa unu, təbii boraks və saqqızın qarışdırılmasından ibarət təpitmə işlənir.

Xörəkdə zəfəran işlətmək ciyəri təmizləyir və damarları açır.

Yeməkdən əvvəl və sonra fıstıq yemək də qapa ciyəpə yaxşı təsir göstərir. Fıstığı şəkər, yaxud kişmişlə yemək daha faydalıdır.

Başqa bədən üzvləri zəiflədikdə və xəstələndikdə, onların yerinə yetirə bilmədiyi funksiyaların ağırlığı qara ciyərin üzərinə düşür. Bədən zəifləyir, susuzluq yaranır, ağız quruyur, adamın rəngi saralır, ürək döyünməyə başlayır. Belə halda soyuq şərbətlər, ayran, iskəncəbi, xiyar, balqabaq və quşüzümü suyu, qora, turunc və limon şərbəti içmək çox faydalıdır. Bağayarpağı ilə şəkər qarışığı, turş nar şirəsi, heyva, alma və armud şərbətləri də bu baxımdan yaxşı dərman sayılır.

Xəstəlik ürəkbulanması ilə olarsa, bişmiş hil ilə qara gavalı, quşüzümü və sarmaşıq suyu işlətmək məsləhət görülür. Sarılıq zamanı pəhriz məqsədi ilə sərçə əti və yumurtası yemək və ya mərəçüyüdün qaynanmış suyunu içmək faydalıdır. Quzuqulağı kökünün şərabda qaynadılmış qabığı da sarılıq zamanı işllədilir. Bu zaman 24 q-dək turp yarpağının suyunu içmək yaxşı təsir göstərir.

Sarılıq keçirən zaman süd, badam yağı, turş və şirin nar suyu, bağayarpağı və turş alma suyu içmək məsləhət görülür. Xəstəlik istiliklə müşayiət edilərsə və öd kisəsi ilə basğlı olarsa nar, kasnı, balqabaq və yemiş şirəsi, xiyar şirəsi və kasnı toxumunun şirəsini iskəncəbi ilə içmək münasibdir.

Çəpiş əti, cücə əti, abqora, xiyar tumu, kahı yarpağı, kasnı yarpağı sirkə ilə məsləhət görülən yeməklərdəndir. Ayrılıqda arpa şirəsi, razyana, kərəviz kökünün qabığı, iskəncəbi, ispanaq, turş alma və turş nar yemək müsbət təsir göstərir. Xəstəlik istilikdən olarsa və ürəkbulanması baş verərsə, bişmiş qara gavalı yemək, kasnı suyu, quşüzümü suyu içmək münasibdir. Bu zaman pərpərən yarpağı, arpa unu, gülxətmi yarpağı, qızılgül, səndəl, gülab və sirkə qarışığından təpitmə qoyulur.

Xəstəlik ciyər yollarının və damarlarının tutulmasından irəli gələrsə, əvvəlcə xəstəni qusdurmaq, sonra vanna qəbul etmək, bədəni bənövşə yağı ilə yağlamaq lazımdır.

Istilik bir müddət davam edərsə, vanna qəbul etmək, bədənə çobanyastığı, süsən və şüyüd yağı sürtmək faydalıdır. Sarılıq gözlərə nüfuz edərsə körpə balqabağı xəmirə tutub od üzərində bişirir, suyunu çıxarıb gözə çəkirlər. Bu baxımdan təzə keşniş suyu da faydalıdır.

 

İLTİFAT