adalet.az header logo
  • Bakı 7°C
01 Avqust 2021 10:56
27636
GÜNDƏM
A- A+

Türkiyə mediası Azərbaycan yangınsöndürənlərindən material hazırladı: "Qardaşlarımız..."

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına uyğun olaraq, meşə yanğınlarının söndürülməsi və daha geniş miqyas almasına imkan verilməməsi məqsədilə qardaş Türkiyə Respublikasında olan Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürmə qüvvələri yanğınların söndürülməsi əməliyyatlarını fədakarlıqla davam etdirirlər.

Bu barədə Adalet.az-a FHN-dən məlumat verilib.

Yanğınsöndürənlər 2 qrupa ayrılaraq hazırda Marmaris bölgəsində yanğınların söndürülməsini həyata keçirirlər.

Qeyd edək ki, havanın yüksək temperaturunun hökm sürdüyü mürəkkəb relyefli dağlıq ərazidə yanğınsöndürənlər yanğınlarla mətinliklə mübarizə aparırlar.