SON DƏQİQƏ:

Aqil ABBAS: ERMƏNİLƏR CIDIR DÜZÜNÜ DƏ  DAĞIDIBLAR

  19609   |  
Şriftin ölçüsü  

Cıdır düzü bizlər üçün həm tarixdi, həm muzeydi, həm də müqəddəs bir  yerdi. Ermənilər  bunu da  çox gözəl bilirlər. Və onlar bilirlər ki, Cıdır düzü bizim  üçün  nə qədər  müqəddəsdir, ona görə də  bütün məbədlərimizi, məscidlərimizi, tarixi  abidələrimizi dağıtdıqları kimi, Cıdır düzünü də  dağıdıblar. Yəni  Şuşa azad olunandan sonra Cıdır düzündə olmamışam, amma  Cıdır düzündə keçirilən tədbirləri  həm izləmişəm, həm də incələmişəm.

Cıdır düzü  çox böyük əraziyə  malik idi, hətta  Sovet  hökuməti  bu ərazidə nəsə tikməyi və  nəsə etməyi  qadağan etmişdi.

Uzaqbaşı, raykomun bir Qonaq Evini  tikmişdi, o da  Cıdır düzünün  ərazisinə  daxil deyildi, bir az kənardaydı.

Cıdır  düzündə bir çayxana  fəaliyyət  göstərirdi ki, gələn qonaqlar   bir stəkan çay içə bilsin.

İndi baxıram, həmin çayxananın olduğu  ərazidə  villalar  tikiblər, bağlar salıblar və Cıdır düzü kiçilib əl içi  boyda bir yer olub.

İndi Şuşa «qoruq şəhəri» elan edilib.  İnanıram ki, orda tikilən  villalar da  söküləcək, burda əkilmiş ağaclar da çıxarılıb Şuşanın  başqa səmtində əkiləcək və Cıdır düzü  əvvəlki görkəminə qayıdacaq.

Cıdır düzü niyə müqəddəsdir, növbəti yazımızda.

Dosta Göndər :

  

SON XƏBƏRLƏR

2021-11-29

Video

Yazarlar

MARAQLI

DÜNYA

ƏDALƏT BU GÜN
November: 27 20 13 06 04 02
October: 30 28 26 23

Redaktor seçimi

FOTOREPORTAJ

GÜNÜN SİTATI

SORĞU

COVİD 19 peyvəndi vurdurmusunuz?

ÇOX OXUNAN

GÜNÜN LƏTİFƏSİ

Vasif Quliyevin kefi yuxarıdı, sanki səmalarda uçur. Aqil Abbas:

- Vasif, xeyir ola, genə göylərdə uçursan?

Vasif müləllim:

- Qağa neyniyim, "Parıament" siqareti cəkirəm, amma parlamentə düşə bilmirəm. "Prezident" yağı yeyirəm, prezident ola bilmirəm. Bircə

 "Vozdux" arağı real kömək edir, içən kimi havalarda uçuram.

ARXİV

TƏQVİM

FACEBOOK