adalet.az header logo
  • Bakı 20°C
11 Sentyabr 2021 13:39
2182
HADİSƏ
A- A+

Qarabağda miras üstündə münaqişə başladı: Ölən milyonçunun qızı Zaruhinin iddiası

 
 2017- ci ildə 68 yaşında ölən məşhur erməni iş adamı və xeyriyyəçi Levon Ayrapetyanın qızı Zaruhi Ayrapetyan qondarma Artsaxın “başçısı” Arayik Arutyunyana və güc strukturalarına müraciət ünvanlayıb. 

Adalet.az  Sputnik Armenia saytına istinadən xəbər verir ki,  o, müraciətdə bildirib ki, atası ölməmişdən əvvəl doğulduğu Ağdərə rayonunun Vənk kəndində yaratdığı yay istirahət zonasının, kənd əhalisinə   bağışladığı kənd təsərrüfatı texnikasının, özünün maliyyə yardımı ilə yaratdığı diğər obyektlərin  hamısı Ağdərənin (  Martakert bölgəsinin) keçmiş və indiki rəhbərləri Edqar Arutyunyan və Andrey Sarkisyan tərəfindən mənimsənilib. Zaruhi həm də onu bildirir ki, xeyriyyəçiyə məxsus olan bütün obyekt və texnika  kənd camaatının istifadəsinə verilməsinə baxmayaraq   rayon rəhbərləri həm texnikanı, həm də obyektləri şəxsi ehtiyacları üçün istifadə ediblər və geri qaytarmaqdan imtina edirlər:

 

 

 “Azərbaycanın başladığı müharibədən bir neçə gün əvvəl məni qəbul etdiniz və mən ailəmizin istəyini sizə bildirdim.   Vənk kəndində atama məxsus olan və onun maliyyəsi ilə alınan , tikilən, yaradılan hər şeyin  hüquqi varisi olmaq istəyimi siz də alqışladınız. Amma müharibənin başlaması vəziyyəti dəyişdi. İndi əminəm ki, ata mülkiyyətinə olan haqqımıza- hüquqlarımızı bərpa etməyimizə kömək göstərəcəksiniz-deyə xeyriyyəçinin qızı yazıb

 

 

Qeyd edək ki, Ayrapetyan Levon Qurgenoviç 1949-cu ildə Dağlıq Qarabağın Ağdərə (Martakert) rayonunun Vənk kəndində anadan olub. Qondarma “Artsax”ın yaradılmasında fəal iştirak edib və uzun illər ərzində həyata keçirilən bir çox layihənin əsas sponsoru və ən böyük sərmayəçisi olub. 13-cü əsrdə tikilmiş məşhur Gəncəsar erməni xristian məbəd kompleksinin bərpası üçün külli miqdarda vəsait ayırdı. Vənkdə  keyfiyyətli parket döşəmə istehsal edən ağac emalı müəssisəsi qurdu  və yüzdən artıq  iş yeri açdı, bundan əlavə isə yüksək səviyyəli  Çin restoranı və  lüks otel tikdirdi. Gəncəsar məbəd kompleksinin yanında uzanan Şimal-Cənub dövlətlərarası yolun böyük bir  hissəsinin tikintisini öz maliyyəsi ilə təmir etdi  Sahibkar  2007 -ci ildə Martakert bölgəsindəki Xaçın(Xaçen) çayında bir su anbarı tikdirdi, bu da ətraf kəndlərin torpaq sahələrinin suvarılmasını  və eyni zamanda  ucuz enerji təchizatını təmin edirdi. 2008-ci ildə Ayrapetyanın təşkil etdiyi “böyük erməni toyu” adı altında  Gəncəsar monastırında 200 cüt erməni gənci evləndi .Bunu qarabağlı erməniləri bayram şənliyi kimi qeyd etdilər.
 
Əntiqə Rəşid