adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7
13 Sentyabr 2021 16:03
1985
İDMAN
A- A+

«NEFTÇİ» «QARABAĞ»A UDUZDU, AMMA GÖZƏL OYNADI

3-cü turda «Neftçi» «Qarabağ»ı qəbul etdi. Gözəl bir oyuna  baxdıq. El dilində desək, birinci  taymda «Qarabağ» «Neftçi»yə ot yoldurdu, ikinci taymda isə əksinə, «Qarabağ»a ot  yoldurdular.

Görünür, ayın 16-da «Bazel»lə qarşılaşacaq «Qarabağ»ın  baş məşqçisi  futbolçularını həm yormamaq, həm də qorumaq  üçün  belə bir taktika  seçmişdi.

Amma «Qarabağ»ın müdafiəsində  boşluqlar vardı və «Neftçi» bu boşluqdan  istifadə edə bilmədi.

Qələbəyə görə Qurban Qurbanovu təbrik edir, gözəl  oyun göstərdiklərinə görə də «Neftçi»nin  baş  məşqçisi  Samir Abbasova  uğurlar diləyirik.