SON DƏQİQƏ:

Qələminiz sınsın - Nicat Novruzoğlu yazır

  552   |  
Şriftin ölçüsü  

Qarğış kimi səslənsə də məcburam deyəm ki, sınsın. Elə sınsın ki, day birdə mətbuata qayıtmasınlar. Ki, mətbuatın üstünə də qara ləkə yapışdırmasınlar.

Bu haqda yazmazdım. Lakin məcbur oldum.

Söhbət əvvəlcə təhsil nazirinə verilən məlum sualla başladı. Ətrafımdakılar tanımadığım o jurnalistin sualını müzakirə edirdilər. Və əksəriyyət də naziri qınamırdı. Bütün günü təhsillə bağlı qınanılan nazir bu dəfə elə həmin şəxslər tərəfindən müdafiə edilirdi.

Sonra söhbət daha da iri miqyas aldı. Müzakirə son zamanlar tutlan jurnalistlər oldu. Nə qədər vəziyyətdən çıxmağa çalışsam da gördüm ki, adını jurnalist qoyan kimlərinsə tamahının güdazına yanırıq. Əqidəsini, qələmini satanların sayı çoxalıb. Bəlkə də elə həmişə sayları bu qədər olub. İndi hüquq mühafizə orqanlarının gördüyü tədbirlər nəticəsində hamısı ifşa olunur. O üzdən artıq sadə vətəndaşlar da bilir ki, belə “jurnalistlər” var. Nə qədər acı da olsa bu bir faktdır ki, belələrinin tamahları mətbuatımızı ləkələyir.

Məni ən yandıran sual isə bu oldu: “Xəbərin var bu il nə qədər jurnalist tutulub?”

Ağır sualdı. Onları kimin necə jurnalist olması yox, ən çox hansı adı daşımaqları maraqlandırır. Nə qədər ora-bura fırlasan da jurmalist adları var. Biz qəbul etsək də etməsək də.

Belə məğlub olduğum olmamışdı. Məni bu “jurnalist”lər məğlub etdi.

Bir anlıq bütün yazdıqlarımı pozmaq istədim. Amma mümkün deyil. Məni hamı jurnalist kimi tanıyır. Və bu uzun illərdən sonra hətda mətbuatdan getsəm belə yenə məni kimsə kiməsə tanıdanda deyəcək-yazandı.

Və dilxor evə dönüb kompüterimin qarşısında oturdum. Nə qədər ağır da olsa axtarış etdim. Bu il nə qədər “jurnalist” həbs olunub?

 

29 may 2021-ci il. Bərdə rayon Prokurorluğunun məlumatı. 27 may 2021-ci il tarixdə üç nəfər naməlum şəxsin Bərdə rayonu, Dəymədağıldı kəndində yerləşən körpələr evinə gəlib özlərini jurnalist kimi təqdim edərək qanunsuz olaraq yoxlama aparıb körpələr evinin nüfuzuna xələl gətirəcək, həqiqətə uyğun olmayan rüsvayedici məlumatları yaymamaq müqabilində körpələr evinin direktorundan 300 manat məbləğində pul vəsaiti tələb etmələri barədə rayon prokurorluğuna müraciət daxil olmuşdur. Aparılmış araşdırmalarla hədə-qorxu ilə pul tələb edən şəxslərin “faktlaşdırma.az” xəbər portalının təsisçisi kimi özünü təqdim edən Alışanov Qurban Ruben oğlu, “AzTV.NEWS” xəbər portalının direktoru kimi təqdim edən Məmmədov Seymur Sahib oğlu, “Araşdırmacı Jurnalist Agentliyi” nin direktoru kimi təqdim edən Qurbanov Elvin Nəsbulla oğlu olduğu müəyyən edilmişdir.

Faktla bağlı Bərdə rayon prokurorluğunda Cinayət Məcəlləsinin 182.2.1 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən hədə-qorxu ilə tələb etmə) maddəsi ilə cinayət işi başlanaraq istintaqın aparılması Bərdə rayon polis şöbəsinin İstintaq bölməsinə həvalə edilmişdir.

12 iyul 2021-ci il. Sabunçu rayon Prokurorluğunun məlumatı. Özünü “www.azinfo.tv” və www.sheffaf.az xəbər portalının təsisçisi və baş redaktoru kimi təqdim edən Namik Əmrahov Sabunçu rayonu, 36 saylı şəhər poliklinikasının baş həkimi Ramidə İbrahimovanı barəsində kütləvi informasiya vasitələrində rüsvayedici məlumatlar yayacağı ilə hədələyərək 2018-ci ildən etibarən ondan dəfələrlə ümumilikdə 2 min manat məbləğində pul tələb edərək alıb. Faktla bağlı Sabunçu rayon Prokurorluğunda cinayət işi başlanıb.Namik Əmrahov Cinayət Məcəlləsinin 182.2.2 (təkrar törədilməklə hədə-qorxu ilə tələb etmə) və 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə təqsirləndilirən şəxs qismində cəlb edilərək barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

13 iyul 2021-ci il. Baş Prokurorluğun məlumatı. Azər Kazımovun Rübabə Vəliyeva ilə birlikdə 2021-ci il iyunun 23-25-də özlərini televiziya əməkdaşları kimi təqdim edərək, Qəbələ şəhəri və kəndlərində yaşayan şəhid ailələri barədə çəkilişlər çəkib efirdə yayımlamaq adı ilə şəhid analarından cəmi 240 manat məbləğində pulu aldatma yolu ilə ələ keçirib televiziya yayımlarını həyata keçirmədikləri müəyyən edilmişdir. Azər Kazımovun və Rübabə Vəliyevanın barəsində İnzibati Xətalar Məcəlləsinin 227-ci (xırda talama) maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat başlanılaraq aidiyyəti üzrə məhkəməyə göndərilmiş və hər iki şəxs barəsində müvafiq olaraq iki və bir ay olmaqla inzibati həbs növündə inzibati tənbeh seçilmişdir.

 

23 iyul 2021-ci il. Baş Prokurorluğun məlumatı. Fazil Quliyev və Vüsal Zeynalov özlərini jurnalist kimi təqdim edib 13.02.2021-ci il tarixdə Dövlət Sərhəd Xidmətinin “N” saylı hərbi hissəsinin ərazisinə qanunsuz daxil olaraq mobil telefonları ilə hərbi hissənin təsərrüfat fəaliyyətinə dair videoçəkilişlər aparmaqla qeyd olunan çəkilişi sosial şəbəkələrdə yayacaqları hədəsi ilə hərbi hissənin rəhbərliyindən500 manat məbləğində pul tələb ediblər. Eyni zamanda, “Ltv 7” internet kanalının direktoru Ceyhun Şəmilovun kanalın direktor müavini Gülmirə Rəcəbova, müxbirləri Sevil Mərəndski, Gülnarə Məmmədova və şəxsiyyətləri istintaqla araşdırılan qeyriləri ilə birlikdə ayrı-ayrı şəxslər barədə əvvəlcə ölkə ərazisində pandemiya ilə bağlı karantin qaydalarının pozulmasına yol verilməsi barədə məlumat toplayıb, ictimaiyyətə çatdırmaqla həmin şəxsləri rüsvay edəcəkləri barədə hədə-qorxu gəlməklə pul tələb edib almaları müəyyən edilib. Qeyd edilən əməllərə görə Fazil Quliyev, Vüsal Zeynalov, Ceyhun Şəmilov, Gülmirə Rəcəbova, Sevil Mərəndski və Gülnarə Məmmədova Cinayət Məcəlləsinin 182.2.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən hədə-qorxu ilə tələb etmə) və digər maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunaraq barələrində müvafiq olaraq həbs vəpolisin nəzarəti altına vermə qətimkan tədbirləri seçilib.

11 avqust 2021-ci il. Baş Prokurorluğun məlumatı. Abdullayev Sənan Həsən oğlu və Atayev İlqar Əliabbas oğlunun qanunsuz hərəkətlərinin ifşa olunması istiqamətində aparılmış təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində 10 avqust 2021-ci ildə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanaraq istintaq aparılır.

Aparılmış əməliyyat-istintaq tədbirləri ilə Sənan Abdullayevin 24 dekabr 2012-ci il tarixdə “Youtube” üzərindən video paylaşım platformasında yaratdığı “Xəbər kanalı” səhifəsində birgə çəkiliş apardığı İlqar Atayevlə cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs qismində 2021-ci ilin əvvəllərindən qeyd olunan səhifədə Goranboy rayon icra hakimiyyətinin vəzifəli şəxslərinin guya qanunsuz əməllərə yol vermələrinə dair məlumatları video çarxlar formasında yaymasına, həmin video çarxların qeyd edilən səhifədən silinməsi məqsədilə RİH-nin vəzifəli şəxsindən hədə-qorxu ilə 4 min manat məbləğində pul tələb edərək almasına əsaslı şübhələr müəyyən edilmişdir. Sənan Abdullayev və İlqar Atayev 10 avqust 2021-ci il tarixdə cinayət əməlini törədərkən keçirilmiş əməliyyat tədbiri nəticəsində saxlanılmışlar və Cinayət Məcəlləsinin 182.2.1-ci maddəsi ilə (hədə-qorxu ilə tələb etmə - qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) şübhəli şəxs qismində tutulmuşlar.

10 sentyabr 2021-ci il. Baş Prokurorluğun məlumatı. “Azadinfo.az” MMC-nin təsisçisi Ələkbərov Mahir Məmmədhəsən oğlu 8 sentyabr 2021-ci il tarixdə «azadinfo.az» xəbər paylaşım platformasında YAP-ın Binəqədi rayon təşkilatının sədri vəzifəsini icra edən Ramiz Göyüşovun barəsində qeyri-etik videogörüntülərin xəbər saytlarında yayacağını sonuncuya bildirərək görüşməyi təklif edib, Ramiz Göyüşov görüşə gəlmədikdə onu qəsdən hörmətdən salan rüsvayedici məlumatları video çarx formasında “azadinfo.az” xəbər portalında 8 sentyabr 2021-ci il tarixdə qəsdən yayıb, həmin məlumatların yayılmasının qarşısının alınması üçün sonuncunun özü ilə görüşməsinə nail olaraq, videogörüntülərin qeyd edilən səhifədən silinməsi məqsədilə 2 min manat məbləğində pulu alarkən cinayət başında yaxalanıb. Qeyd edilənlərlə bağlı 9 sentyabr 2021-ci ildə Baş Prokurorluqda Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb və Mahir Ələkbərov şübhəli şəxs qismində tutulub. 10.09.2021-ci il tarixdə həmin Məcəllənin 182.1-ci (hədə-qorxu ilə tələb etmə) maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

İndi bir belə həbslərdən sonra gəl, jurnalist adını müdafiə et görüm necə müdafiə edirsən?

Dosta Göndər :

  

SON XƏBƏRLƏR

2021-09-22

Video

Yazarlar

MARAQLI

DÜNYA

ƏDALƏT BU GÜN
September: 18, 11, 04
August: 28, 21, 14, 07,
July: 31 24, 17,

Redaktor seçimi

FOTOREPORTAJ

GÜNÜN SİTATI

SORĞU

COVİD 19 peyvəndi vurdurmusunuz?

ÇOX OXUNAN

GÜNÜN LƏTİFƏSİ

Vasif Quliyevin kefi yuxarıdı, sanki səmalarda uçur. Aqil Abbas:

- Vasif, xeyir ola, genə göylərdə uçursan?

Vasif müləllim:

- Qağa neyniyim, "Parıament" siqareti cəkirəm, amma parlamentə düşə bilmirəm. "Prezident" yağı yeyirəm, prezident ola bilmirəm. Bircə

 "Vozdux" arağı real kömək edir, içən kimi havalarda uçuram.

ARXİV

TƏQVİM

FACEBOOK