adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7
14 Sentyabr 2021 13:02
1472
ŞOU-BİZNES
A- A+

Xalq artisti Aygün Kazımova sağaldı: Koronavirusa yoluxan digər məşhurlar kimi... 

Koronavirusa yoluxan Xalq artisti Aygün Kazımovanın  xəstəliyi ağır keçirdiyini bilirik. Bu haqda o, öz sosial hesabında qeyd etmişdi: "Mən də bir çoxlarınız kimi koronavirusa yoluxdum. Son 3 günü ağır keçirdim. Hərarətim 37-38,5 idi. Bədənim çox ağrıyırdı, özümü halsız və gücsüz hiss edirdim. Bəxtimə çox gözəl həkim düşdü. Onun mənə yazdığı müalicə sayəsində 10 gün ərzində sağaldım. Doğurdan da ağır xəstəlikdir. Hazırda hər şey yaxşıdır. Özünüzü qoruyun. Bütün xəstələnənlərə şəfa diləyirəm".

Adalet.az xəbər verir ki artıq müğənni sağlam həyata geri dönüb. 

Bu barədə Xalq artisti “Instagram” hesabında paylaşım edib.

Paylaşımda pop-diva bulvarda açıq havada velosiped sürür, müxtəlif idman hərəkətləri edir.

Qeyd edək ki, bir çox məşhurlar kimi oda bu xəstəlikdən əziyyət çəkmişdi. Virus tutub sağalanlardan bir neçəsinin adını yenidən sizə xatırladırıq:Tanınmış teleaparıcı, "Real Təhlil İnformasiya Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyətinin baş direktoru Mirşahin, Ağayev, əməkdar artist Bəhram Bağırzadə, Xalq artisti Nəzakət Teymurova, Əməkdar artist Şəfəq Əliyeva İrəvan Dövlət Azərbaycan Dram Teatrının baş rejissoru Sərvər Əliyev, şair Şəhriyar Del Gerani, meyxanaçı Namiq Qaraçuxurlu və diğər tanınmış şəxslər koronavirus yoluxmasından uzun müddət müalicə alaraq sonunda sağalaraq işlərinin başına dönüblər.

 Aygün Kazımovanın sağlam həyata sarıldığını göstərən videonu sizə təqdim edirik:

 


Əntiqə Rəşid