adalet.az header logo
  • Bakı 9°C
  • USD 1.7
14 Sentyabr 2021 15:02
977
MƏMLƏKƏT
A- A+

STM sosioloji sorğu keçirdi

Azərbaycan Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşəbbüsü ilə STM tərəfindən sosioloji sorğu həyata keçirilib. 
Sorğu layihəsi Azərbaycan ailəsinin, ailədaxili münasibətlərin, ailə əyərlərinin dinamikası və transformasiyasının qarşılıqlı təsir və əlaqədə araşdırılması, ailə məsələlərində ümumi mənzərənin sistemli təqdimi aspektində aparılan tədqiqatlar sırasında ilklərdən hesab edilə bilər.

Təqdim edilən analitik hesabatlarda ailənin sosioloji tədqiqi aspektində müasir yanaşmalar tətbiq olunmaqla Azərbaycan cəmiyyətində ailə institutu və ailə dəyərlərinin, ümumilikdə ailə sahəsində ictimai rəyin reallıqla bağlı təsəvvürlərinin, gözləntilərinin, ailənin inkişaf meyillərinin mövcud vəziyyəti və perspektivlərinin öyrənilməsinin nəticələri əksini tapıb. 

21-ci əsrdə Azərbaycan ailəsi yeni minillikdə bəşər cəmiyyətinin ən fundamental hərəkətverici qüvvəsinin, elmi-informasiya inqilabının mühərriki hesab edilən zamanımızın ən böyük statusu olan dəyərin- insan kapitalının formalaşdırıldığı strateji mühitdir. 

Klassik ailə modelinin hazırda mövcud olduğu iqtisadi, siyasi, sosial-psixoloji, mədəni, demoqrafik, vəziyyət son illərin nəticəsi olmayıb, qlobal ümumdünya miqyasında, ailə institutu və dəyərlərində baş verən dəyişikliklərin, kifayət qədər uzunmüddətli tarixi dövrün yekunudur. 

Tədqiqatda qeyd edilən bu və digər məsələlərin təhlili nəticəsində dövlət ailə siyasətinin qanunverici əsaslarının, ailəyə sosial-psixoloji dəstək formalarının, ailə siyasətinin həyata keçirilməsinin institusional infrastruktur və mexanizmlərindəki ciddi çatışmazlıqlara diqqət cəlb etməklə, elmi şəkildə əsaslandırılmış Azərbaycanın ailə institutunun mövcud olduğu reallığa adekvat dövlət ailə siyasəti konsepsiya və strategiyasının hazırlanmasına töhfə- təklif və tövsiyələrin verilməsi əsas hədəflərdən biri kimi nəzərdə tutulub.

Sorğunun nəticələri 3 nəşrdə dərc edilib: “Azərbaycanda mövcud ailə münasibətləri: sosial-psixoloji təhlil”, “Azərbaycanda uşaqların ailə-cəmiyyət münasibətlərində yeri və rolu”, Müasir dövlət ailə siyasəti: problemə familistik araşdırmalar kontekstindən baxış”.

Sorğunun nəticələri yaxın vaxtlarda ictimaiyyətə elan olunacaq.