adalet.az header logo
  • Bakı 7°C
16 Sentyabr 2021 12:28
2429
MARAQLI
A- A+

Trolluq və tulalıq necə yaranıb?

Son zamanlar “trol” sözü ilə də, trolların özü ilə də addımbaşı rastlaşırıq. Qırmaq olub keçib xırtdəyimizə. Kimin sözü kimin boğazında qalırsa, “sən trolsan” deyib yapışdırır. Bəs yaxşı, bu trol anlayışı hardan yaranıb? Əslində troll nədir?

Trol anlayışı əslində social şəbəkələr hələ yox ikən var idi. Əvvəllər trolluq güldürürdü. İndi isə trolluq çox pis provakasiyalarda istifadə olunur. Hətta bəzən troll olmayan gerçək insanları da yaxtalaya bilirik.

Trol – Skandinaviya mifologiyasında div, yaxud da cücə olaraq qəbul olunur. Əslində mağaralarda yaşayan çirkin bir varlıqdır. Əsasən hekayələrdə körpülərin altında gözləyir. Yoldan keçənləri müxtəlif üsullarla qorxudub vahiməyə salarlar.

Sosial media trolu nə multfilm qəhrəmanıdır, nə də Skandinaviya mifologiyasının qorxunc varlığı. Bu trollar internetdə saxta adlar altında gizlənib qarışıqlıq yaratmaqla məşğuldurlar.

Trol sözünün bir çox mənası var. Biri balıqçıların ov şəklindən gəlmədir. Biri bayaq da qeyd etdiyim Skandinaviya mifologiyasından qaynaqlanır, digəri isə təhrik etmək mənasına gəlir. Yəni trol mübahisə və atışma niyyətində olan kəslərdir. Pis söz deməkdən çəkinməyən trollar rahatdırlar və saxta adlara sahibdirlər. Onlar hər an hər hansısa mövzuyla bağlı bir şey deyərək ortalığı qarışdıra bilirlər. Bu, həm də biraz balıqçılıqdakı trollamağa bənzəyir. Toru suya atırsan və gedirsən. Gəlib görürsən ki, bir xeyli balıq tora ilişib qalıb. Eyni şəkildə ortaya bir söz atıb gedirsən. Sonra insanlar bununla bağlı yazır, yazır, yazır….

Trol sözü ingiliscədən dilimizə ələ salmaq, sarkzm və yumor kimi tərcümə olunur. Sosial şəbəklərdə hardan baxsan hamı elə bu işlə məşğuldur. Trolluq daha böyük effect verməyə başlayanda daha böyük işlər üçün istifadə olunmağa başladı. Pulla özünə trol tutan şirkətlər, partiyalar, TV-lər, sıradan məmurlar və s.

Mağarada yaşayan Skandinaviya mifologiyasındakı trollarla evdə oturub klaviyatura arxasında saxta adla gizlənən trollar demək olar ki, eynidirlər.

2018-ci ildə Facebook-un bağladığı saxta profil sayı 2,8 milyard olub. Bu, hələ sadəcə aşkarlanan profillərdir. Aşkarlanmayan nə qədər hesablar var, Allah bilir.

Trollar ciddiyə alındığı zaman daha da güclənirlər. Təbiidir, xaosla bəsləndikləri üçün belə də olmalıdır.

Trol anlayışının ilk dəfə 1980-ci illərdə BBC, Usenet kimi yerlərdə ortaya gəldiyi təxmin edilir. Oxford-a görə isə 1992-ci ildə qurulmuş bir müzakirə qrupunda ortaya çıxıb. Bu müzakirə qrupuna yeni gələnləri tapmaq üçün bir başlıq açılır. Məsələn, “Şüşə çatlamayan bir şeydir”. Bu mənasız başlığı görən köhnə üzvlər reaksiya vermirlər. Yeni gələnlər isə o dəqiqə bir cavab verməyə başlayırlar. Məsələn, “Nə deyir o?”. Köhnə üzvlər yenilərlə məzələnməyə başlayırlar. Beləcə trol anlayışı ortaya çıxır.

Amma…

Gündəlik həyatımıza baxanda özümüzün də ciddi söhbətlərdən bezib söhbəti lağlağıya çevirdiyimiz az olmayıb. Məsələn, sinifə yeni gələn şagird, bölüyə gələn yeni əsgər, işə gələn yeni işçi hər zaman trollanmağa məruz qala bilər. Bir növ həyatımızın bir parçası olan trolluq əslində yeni anlayış deyil.

Sadəcə yeni termindir.

Artıq trolluq daha böyük məqsədlər uğrunda kimlərəsə tulalıq etməklə çörək qazanmaq yoluna çevrilib.

Bizə isə trolların toruna düşməmək qalır.

 

Eminquey