adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7
17 Sentyabr 2021 13:23
1430
DÜNYA
A- A+

NÜVƏ  DÜYMƏSİNİ  BAYDENDƏN  ALDILAR

Yeni dünya müharibəsinə ba.lamamaq üçün, son zamanlar yaddaşında problemlər yaranan ABŞ prezidenti Co Baydenin əlindən nüvə çemodanının düyməsini alıblar.  

Bu ilin yanvar ayından ABŞ- ın yeni seçilmiş prezidenti amerikanın nüvə silahına nəzarət etməyəcək. Bu sensasion xəbərlə,  patriaxal jurnalist kimi tanınan, populyar araşdırıcı Bob Vudvord çıxış edib.

Bu günlərdə Vudvord yeni dərc olunan  “Perli” kitabında,  ABŞ-ın Birləşmiş qərərgahlar komitəsinin sədri Mark Millinin sözlərindən sitat gətirib. Milli bildirir ki, 6 yanvar hadisələrindən sonra prezident Trampın prezident kürsüsündən gedişi zamanı aləmi qarışsırmasından qorxaraq, nüvə zərbəsinin endirilməsi ilə bağlı qəbul edilmiş qərarın alqaritmini dəyişib.

Qanunvericiliyə görə, ABŞ prezidenti, hərbi rəhbərliklə, ilk növbədə Qərərgah rəislərinin birgə komitəsi ilə məsləhətləşmələrdən sonra  nüvə silahının atılması üçün göstəriş verə bilər. Ona görə də Milli zabitlərinə xəbərarlıq edib ki, Trampın bununla bağlı bütün əmrlərini ona məruzə etsinlər. O, nə etmək lazım gəldiyini özü müəyyələşdirəcək.  Milli, bundan başqa  Trampa deməmiş kolleqası – Çinin Birləşmiş qərərgahların;n hərbi şurasının rəisi Li Szoçenə zəng edərək, “Biz sizə hücum etmək istəsək, sürpriz olmaması üçün mən sənə zəng edəcəm”- deyə məlumat verib.

 Hazırda respublikaçılar və demokratlar Millinin bu hərəkətinin dövlətə xəyanət olub-olmaması ətrafında mübhisə aparırlar. Baydenin gəlişi ilə vəziyyət dəyişibmi? Qətiyyən yox. Bu yaxınlarda ABŞ-ın Ali Baş Komandanın Əfqanıstanla bağlı suallara cavab verməsi üçün  konqessə dəvət ediblər. Lakin Bydenin başqa işləri çıxıb və onun əvəzinə vəziyyətdən tam xəbəri olmayan dövlət katibi Blinken cavab verməli olub. Prezidentin sualları cavablandırmasından imtina edən senator Riş Blinkenə sual verib ki, “Bu ölkədə kim bütün məsələlərə cavabdehlik daşıyır?”. O Blinkenə xatırladıb ki, bu günlərdə Kaliforniyadakı yanğınlarla bağlı danışan prezidentin çıxışını canlı yayımda yarımçıq kəsiblər: “ O. marionetkadı, söz danışa bilmir, Ağ Evdən kimsə onun çıxışını yarımçıq kəsir”.

 Bu hadisə hansısa banan ölkəsində baş versəydi başa düşülən olardı. “Qərəgah rəisi dostuna zəng edir və deyir ki, narahat olmayın, biz sizə bomba atmamışdan əvvəl, mən sənə zəng edib xəbərdar edəcəm”.

 Amerika dünyanın ən çox nüvə və kimyəvi silahına malik olan bir dövlətdir. Hətta efirdə çıxışı belə kəsilən, hərdəmxəyal qoca centlmen, dünyanın ən güclü ordusuna rəhbərlik edir. ABŞ-ın hərbi maşını hazırda maraqlı transdormasiya mərhələsindədir. Bir çox analitiklər hesab edirlər ki, ABŞ-ın Əfqanıstandan qaçması, Səudiyyə Ərəbistanına hərbi dəstək göstərməkdən imtina etməsi təsadüf sayıla bilməz.

 Rand korparasiyasının məlumatına görə, 2014- ci ildə Pentaqonda “Üçüncü dirçəliş” (The Third Offiset) adlı hansısa müəmmalı plan hazırlanıb. Bu plana əsasən gücləri təxminən eyni olan Rusiya və Çin  ABŞ-ın əsas düşmənləri hesab olunur. Onlar üzərində qələbə ABŞ-ın çoxqütblü dünyada hegemonluğunu təmin edəcək. Ona görə də, Əfqanıstan, İraq tipli kiçik məsələləri unutmaq, bütün diqqətləri super hegemon dövlətlərə yönəltmək lazımdır. Elə bir ordu yaradılmalıdır ki, supertexnoloji intelektə sahib olsun.

 İdeya tezliklə uğur qazanmasa da, 2018- ci ildə prezident Trampın vaxtında milli müdafiə strategiyası haqqında qərar qəbul edildi. Bu qərada Rusiya və Çin əsas rəqib kimi göstərildi. “Üçüncü dirçəliş” səhrada taliblərin arxasınca qaçmaq deyil, bu başqa silahlar, başqa vəsait tələb edən strategiyadır.

 Əgər amerikan elitası belə intelekt göstərirsə, kim təminat verə bilrki, bu intelekt daha yaxşı işləyəcək? Yəqin ki, dünya ictimayyəi bu kabusa diqqət yetirməli və hazırda nüvə düyməsi ilə bağlı baş verənlərlə  beynəlxalq nəzarəti ələ almağa çalışmalıdır.

 

RİA novostinin materialları əsasında

Rüstəm Hacıyev