Tortun üzərinə düzülən şam adəti
Müqəddəs kitabların araşdırılması nəticəsində tapılan ən qədim doğum günü qeydi 5 min il əvvəl Misirdə fironunun qeyd etdiyi doğum günüdür.
Bu doğum günü standart doğum günlərindən fərqlənir. Misirdə firon tac taxdıqdan sonra tanrıya çevrilirmiş kimi sayılırdı və həmin gün onun doğum günü sayılırdı. Tanrı kimi doğulduğu gün. Bir çox mədəniyyətdə tanrılar üçün hər il doğum günü qeyd edilib.
Hazırda tortun üzərinə düzülən şam adəti qədim Yunanıstandan gəlir. Ay Tanrısı Artemisin doğum günü qeyd edilərkən işığı Ayın işığını simvolizə etsin deyə şamlar yandırılırmış.