adalet.az header logo
  • Bakı 6°C
22 Sentyabr 2021 14:15
1806
MƏMLƏKƏT
A- A+

Dərsə gedən bir uşaq- Birinci sinfə gedən jurnalist övladları

Bu gün Azərbaycanda orta məktəblərdə ibtidai siniflərdə ilk dərs günüdür.  Bu gün dərsən gedən balacaların arasında məktəb zənginini  ilk dəfə eşidən birincilər daha çox həyəcanlı və sevincli görünürdülər. Əvvəlki illərdən fərqli olaraq ağlayan uşağa rast gəlinmədi. Bu da artıq hazırlıq kursundan balacaların məktəbə adaptasiya olunmasının göstəricisidir. Təhsil Nazirliyindən verilən məlumata görə, bu il ümumtəhsil məktəblərinin I sinfində 158 min 608 şagird ilk dəfə parta arxasında oturub. Onu da qeyd edək ki, keçən il bu rəqəm 165 511 idi.
Bu il övladları ilk dəfə birinci sinfə gedənlərin arasında jurnalistlər də var.

Sabiq millət vəkili, tanınmış jurnalist  Etibar Huseynovun nəvəsi  Əsma da birincilərə qoşulanlardandır. E.Hüseynov sosial şəbəkədəki hesabından nəvəsini belə təbrik edib:
“Babasının ürəyi də məktəbə getdi. Şükürlər olsun bu günə. Yolun açıq, zəkan işıqlı olsun Əsma..”


Sfera.azın baş redaktoru Özal Məmmədov isə övladını “ İlk dərs günün mübarək, gözəl oğlum!” sözlərini öz “Facebook” hesabından paylaşıb. 


Millət vəkili Aqil Abbasın köməkçisi, “Ədalət” qəzetinin keçmiş əməkdaşı Ceyhun Rüstəmli isə qardaşı Tamerlanın oğlu Ömər Rüstəmlinin şəklinin paylaşaraq onun məktəbə ilk gedişini təbrik edib.


Milli Antidopinq Agentliyinin Media və Kommunikasiya şöbəsinin müdiri, “Xəzər TV”-nin aparıcısı Vamiq Nəsirovun da qızı Selcan da məktəblə tanış olan balacalardandır. V.Nəsirov “Selcanım birİNCİDİR! Allah bütün məktəblilərə zehin açıqlığı versin” sözləri ilə sevincini sosail şəbəkədəki hesabından sevincini bölüşüb.


“Xəzər TV” idman şərhçisi Ceyhun Rzayev  övladını birinci sinfə bu sözlərlə uğurlayıb: “Zeynəbin məktəb illəri başladı”.


Azərbaycan Dövlət Televiziyasını efirindən taxşı tanıdığımız Dövlət Sosial Müdafiə Fondunun  PR direktoru Rəşad Mehdili də övladının ilk məktəb günü ilə bağlı sevincini bu sözlərlə təsvir edib:
“Mənim qızım danışmağa başlayanda hər nə baş verirdisə bu sualı ünvanlayırdı…Почем? (Почему) Biz gülümsəyirdik, səhvini düzəldib sualına cavab verirdik. İndi də belədir, sual verməyi sevir. Hətta deyərdim daha çox sual verməyi sevir, nəyinki danışmağı. Bu mənim qızımın ən gözəl üstünlüyüklərindən biridir! 
Sual ver və öyrən və ya sualına özün cavab tap qızım! Necə ki, bütün “почем?”-lərinə cavab almısan , o əzmin, iradən daim səninlə olsun, birincim! Səbəb axtarmaq gözəldir, hələ təhsildə çox önəmlidir. Почем? ”

Trend.az-ın redaktoru  Elgün Məsimov  və  Moderator.az-ın əməkdaşı Xəyalə Rəisin əkiz övladlarının ilk dərs günüdür. E.Mənsimov öz “Facebook” səhifəsində övladlarını belə təbrik edib: “Ekiz mələklər 1-ci sinfə getdi. Qədəmləri mübarək!”


Övladını ilk dəfə məktəbə aparan həmkarımızdan biri də “Müsavat” qəzetinin məkdaşı Nərgiz  Salmanova - Liftiyeva sevinci bu sözlərlə bidirib:
“Banuşum qələbə ilinin birincisi olaraq təhsil həyatına başladı. Bir əlində bayraq, bir əli sinəsində dövlət himnini oxuyur ağıllı balam. Bütün məktəblilərə uğurlu dərs ili arzulayıram”.


Lent.az-ın əməkdaşı Səbuhi Məmmədlinin övladı Sədəf Məmmədli bu il birinci sinfə gedir. Həmkarımız  öz sosai şəbəkə hesabında bu sözlərlə sevincini dostları ilə bölüşüb: “Yaxşı yol, qızım...”


Bu gün Kulis.az -ın redaktoru Sərdar Amin və Oxu.az-ın redaktoru Dursun Tağıyevanın övladı Asiya Aminin ilk dərs günüdür. 


Daha bir həmkarımız uzun illər “ATV”-də aparıcılıq etmiş “ASAN-Radio”nun baş direktoru Emin Musəvinin də övladı bu ildən məktəbə ilk qədəmlərini basanlardandır.


O, təbrik mesajini belə yazib: “İlk dərs günü münasibəti ilə 1- ci sinif şagirdlərini, məktəbə gedən uşaqlarımızı ürəkdən təbrik edirəm!Qızım Zemfira evə istəyir...”
Nəhayət, bu sevinci yaşayan həmkarlarımızın arasında“Ədalət”qəzetinin şöbə müdiri İltifat Hacıxanoğlu da var. O, öz sevincini sosial şəbəkədəki dostları ilə Facebook”hesabından aşağıdakı cümlələrlə bölüşüb:
“Sən nə vaxt böyüdün də məktəbə gedirsən? Anadan olanda bizi bir az qorxutdun, amma sonradan mənim yaşam iksirim oldun. İstər gözəl xasiyyətinlə, istər bizi şənləndirmənlə əməlli-başlı dərmanım oldun. Nəhayət, neçə vaxtdan bəri səbirsizliklə gözlədiyin məktəbə gedirsən. İnanıram,  necə ki, bağçada hamının sevimlisi idin, məktəbin yaraşığı, ən yaxsi şagirdlərindən biri sən olacaqsan. O gün olsun ki, son zəngini və Tibb Universitetinin tələbəsi adını qazanmanı təbrik edim. Sonrasina baxarıq...”

Bir xalq qəzeti olan "Ədalət"in kollektivi olaraq övladlarını birinci sinfə yola salan bütün həmkarlarımızı təbrik edirik! Gözünüz aydın!

AYXAN