SON DƏQİQƏ:

Distant təhsil tələbi ləğv olunub  - QƏRAR

  210   |  
Şriftin ölçüsü  

Distant təhsil tələbi ləğv edilib və əyani təhsilə keçid müəyyən edilib.

Adalet.az-ın məlumatına görə, bu barədə Nazirlər Kabinetinin "Xüsusi karantin rejimi dövründə Azərbaycan Respublikasında fəaliyyət göstərən təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesinin təşkilinin müvəqqəti Qaydaları”nda edilən dəyişikliklərlə bağlı Qərara verdiyi izahda bildirilir.

Qeyd edilir ki, Qərara əsasən;

  • Distant təhsil tələbi ləğv edilir və əyani təhsilə keçid müəyyən edilir;
  • Təhsil alanların dərslərdə əyani iştirakının könüllülük prinsipi əsasında olması ləğv edilir;
  • Təhsil müəssisəsində növbəli iş rejimi tələbi ləğv edilir;
  • Dərslərin növbəli qaydada həyata keçirilməsi və davametmə müddətinə qoyulan məhdudiyyətlər ləğv edilir;
  • Dezinfeksiya işlərinin aparılması üçün 60 dəqiqəlik fasilə tələbi ləğv edilir;
  • Təhsil müəssisələrinin işçilərinin azı 80 faizinin COVID-19 pasportunun (COVID-19-a qarşı peyvənd sertifikatı və ya COVID-19-a qarşı immunitet sertifikatı) olması tələb müəyyən edilir (digər qərarlarda müəyyən olunub). Bu tələbin təhsil alanların sayı 200 nəfərdən az olan təhsil müəssisələrinə şamil edilmədiyi qeyd edilir;
  • Ali və orta-ixtisas təhsili müəssisəsində təhsil alan yaşı 18-dən yuxarı olan bütün şəxslərin COVID-19 pasportunun (COVID-19-a qarşı peyvənd sertifikatı və ya COVID-19-a qarşı immunitet sertifikatı) olması tələbi müəyyən edilir. (digər qərarlarda müəyyən olunub);
  • 65 yaşdan yuxarı olan təhsilverənlərin və texniki heyətin işə cəlb edilməsinə qoyulan qadağa aradan qaldırılır;
  • Dərslərarası fasilələr üçün müəyyən edilmiş 10 dəqiqəlik müddət ləğv edilir;
  • Tədris otaqlarında hər parta arxasında yalnız bir təhsil alanın oturması tələbi ləğv edilir;
  • Ali və orta ixtisas təhsili müəssisələrində sinif otaqlarından (auditoriyalardan) eyni vaxtda mövcud yerlərin 70 faizindən çox olmamaqla istifadə edilməsi tələbi müəyyən edilir;
  • Təhsil müəssisələrində yeməkxanaların (bufetlərin), idman və akt zallarının, kitabxana və hovuzun fəaliyyətinə qoyulan qadağa ləğv edilir.

Dosta Göndər :

  

SON XƏBƏRLƏR

2021-10-19

Video

Yazarlar

MARAQLI

DÜNYA

ƏDALƏT BU GÜN
October: 19 16 14 12 09 07 05 02
September: 25 18,

Redaktor seçimi

FOTOREPORTAJ

GÜNÜN SİTATI

SORĞU

COVİD 19 peyvəndi vurdurmusunuz?

ÇOX OXUNAN

GÜNÜN LƏTİFƏSİ

Vasif Quliyevin kefi yuxarıdı, sanki səmalarda uçur. Aqil Abbas:

- Vasif, xeyir ola, genə göylərdə uçursan?

Vasif müləllim:

- Qağa neyniyim, "Parıament" siqareti cəkirəm, amma parlamentə düşə bilmirəm. "Prezident" yağı yeyirəm, prezident ola bilmirəm. Bircə

 "Vozdux" arağı real kömək edir, içən kimi havalarda uçuram.

ARXİV

TƏQVİM

FACEBOOK