adalet.az header logo
  • Bakı 10°C
  • USD 1.7
24 Sentyabr 2021 17:35
1249
ELM VƏ TƏHSİL
A- A+

Texniki Universitetin Karyera mərkəzinin rəhbəri vəzifəsindən azad edilib

Azərbaycan Texniki Universitetində (AzTU) kadr dəyişikliyi aparılıb.

Universitetdən Adalet.az-a verilən məlumata görə, AzTU-nun Karyera mərkəzinin müdiri Aytac Rzayeva vəzifəsindən azad edilib. Onun yerinə Keyfiyyətin idarə edilməsi şöbəsinin müdiri Təhminə Yaqubova təyin olunub.

Digər dəyişikliyə əsasən, Tədris hissəsinin müdiri Qəmər İsayeva Keyfiyyətin idarə edilməsi şöbəsinin müdiri vəzifəsinə təyin olunub.

Maşınqayırma və robototexnika fakültəsinin dekanı Ərəstun Məmmədov isə Tədris hissəsinin müdiri vəzifəsinə təyin olunub.

Maşınqayırma və robototexnika fakültəsinin dekanı vəzifəsi müvəqqəti olaraq dekan müavini Elgün Şəbiyevə həvalə olunub.