adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7
13 Oktyabr 2021 16:16
1880
İDMAN
A- A+

ALLAHIN ALTINDA O AĞBAŞDAN  10 NƏFƏR DƏ OLAYDI

Deməli, Ağdamın «Qarabağ» komandasında Mişa adında (əsl adını  bilmirəm, Mişa deyirdilər) bir futbolçu vardı. Bu Mişa Moskvanın  hansısa, «Dinamo»nunmu, «Spartak»ınmı oyunçusu idi. Nə qələt eləmişdisə 2-3 il iş vermişdilər və Şahbulaqdakı 8-ci kalonda yatırdı. Amma ona icazə vermişdilər ki, formasını  saxlamaq üçün «Qarabağ» komandasında oynasın.

Oyun başlamamışdan bir saat əvvəl həbsxana  maşınında gətirirdilər stadiona. Bir az məşq edirdi, sonra  çıxırdı oyuna. Cavan, ağbaş bir oğlan idi. Qeyri-adi, gözəl  futbol  oynayırdı. Və təbii ki, çox adam, xüsusilə kənddən  gələn azarkeşlər onun kimliyi  haqqında  məlumatsız idilər.

Oyun gedir. Bu «Ağbaş» Mişa da  təxminən Streltsov kimi oynayır.

Yanımda oturan bir ağsaqqal elə yazıq-yazıq dedi ki:

- Kaş bu Ağbaşdan  on nəfər də olaydı.

O, «dənə» dedi,  mən  «nəfər» yazıram. Dünən Serbiya ilə oyuna baxanda  həmin ağsaqqalın   sözü yadıma düşdü. Fikirləşdim ki, kaş Şahruddindən  10 nəfər də olaydı.