adalet.az header logo
  • Bakı 11°C
  • USD 1.7
18 Oktyabr 2021 10:13
1512
KRİMİNAL
A- A+

İş yoldaşını öldürən şəxs həbs edildi: Füzulidə

Oktyabrın 16-sı saat 22 radələrində Füzuli rayonu ərazisində 1991-ci il təvəllüdlü Şükür Əhmədovun öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Füzuli Rayon Prokurorluğundan Adalet.az-a verilən məlumata görə, aparılmış araşdırmalarla zərərçəkmişin iş yoldaşı 1981-ci il təvəllüdlü Zamin Mehdiyevin aralarında yaranmış mübahisə zamanı Şükür Əhmədova bıçaqla xəsarət yetirərək onu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Füzuli rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Zamin Mehdiyev şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub.

Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.