adalet.az header logo
  • Bakı 7°C
19 Oktyabr 2021 10:53
1982
DÜNYA
A- A+

Türkiyəli xaker Trampın saytını dağıtdı

Türkiyəli olduğu güman edilən xaker, ABŞ eks prezidenti Donald Trampın saytına giriş edərək, Türkiyə prezidenti Rəcəb Taib Ərdoğanın videolarından birini nümayiş etdirib. Bu barədə VİCE mətbu orqanı xəbər verib.
 

Mətbu orqanın yazdığına görə, Trampı müdafiə edən tərəfdarlarının  istifadə etdikləri veb-saytın domeninə müdaxilə edilərək iki dildə - ingilis və türk dillərində Qurani - Kərimin "Özlərini unutmağa məcbur etdiyi, Allahı unudanların yanında olmayın. Onlar  pisdilər" ayəsini yazılıb.

 Saytda, girişin RootAyyildiz adlı xaker tərəfindən edildiyi bildirilir. O, VİCE-yə bildirib ki, saytı SSTİ metodundan istifadə etməklə sındırıb. Xaker bu saytın artıq üç aydır onun nəzarətində olduğunu bildirib.

 "Sosial şəbəkələrin və ya veb-saytların məlumat bazalarına  xaker hücumlarının həyata keçirilməsi üçün bir çox vasitələr var. Mən aktivist xakerəm, veb-saytlarla uzun müddətdir ki, məşğulam və bunu edirəm ki, mənim səsim hər yerdən eşidilsin"- deyə xaker bildirib.
  Trampın nümayəndələri mətbu orqanın suallarını cavablandırmayıb.

Rüstəm Hacıyev