adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7
19 Oktyabr 2021 17:56
1161
DÜNYA
A- A+

Türkiyəli hakerlər Trampın saytını sıradan çıxarıb

Türkiyənin tanınmış hakerlər qrupu “RootAyyildiz Tim” ABŞ-ın keçmiş prezidenti Donald Trampın internet saytının bölmələrindən birini sındırıb və orada Quran surələrindən birinin mətnini və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın çıxışını yerləşdiriblər.

Qeyd olunur ki, hakerlər D.Trampın saytına müqəddəs kitabın Əl-Həşr (Toplanma) surəsinin 19-cu ayəsini yerləşdiriblər.

Ayədə ərəbcədən tərcümədə “Allahı unudan, buna görə də Allahın onları özlərinə unutdurduğu kəslər kimi olmayın! Onlar fasiqlərdir”, - sözləri yazılıb.

Bildirilir ki, hazırda mütəxəssislər saytın bərpa edilməsi istiqamətində fəaliyyət göstərir.

Mənbə: VICE nəşri