SON DƏQİQƏ:

Sərxoş halda 4 min manatlıq oğurluq etdi və...

  1165   |  
Şriftin ölçüsü  

Zaqatalada şəhər ərazisində yerləşən mağazadan 1 500 manat pul, 2 500 manat dəyərində müxtəlif tütün məmulatları və enerji içkiləri, eləcə də texniki avadanlıqlar oğurlanıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan Adalet.az-a verilən məlumata görə, baş verən oğurluq hadisəsi ilə əlaqədar Zaqatala Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində qeyd edilən cinayəti törətməkdə şübhəli bilinən Yuxarı Çardaqlar kənd sakini Tamerlan Abdullayev tutularaq istintaqa təhvil verilib.

Saxlanılan şəxs ifadəsində törətdiyi cinayət əməlini etiraf edib və həmin an sərxoş vəziyyətdə olduğunu bildirib.

Oğurladıqlarını isə yaşadığı çoxmənzilli binanın həyətindəki yardımçı tikilidə gizlətdiyini qeyd edib.

Faktla bağlı cinayət işi başlanılıb, zəruri əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Dosta Göndər :

  

SON XƏBƏRLƏR

2021-12-03

Video

Yazarlar

MARAQLI

DÜNYA

ƏDALƏT BU GÜN
December: 04
November: 27 20 13 06 04 02
October: 30 28 26

Redaktor seçimi

FOTOREPORTAJ

GÜNÜN SİTATI

SORĞU

COVİD 19 peyvəndi vurdurmusunuz?

ÇOX OXUNAN

GÜNÜN LƏTİFƏSİ

Vasif Quliyevin kefi yuxarıdı, sanki səmalarda uçur. Aqil Abbas:

- Vasif, xeyir ola, genə göylərdə uçursan?

Vasif müləllim:

- Qağa neyniyim, "Parıament" siqareti cəkirəm, amma parlamentə düşə bilmirəm. "Prezident" yağı yeyirəm, prezident ola bilmirəm. Bircə

 "Vozdux" arağı real kömək edir, içən kimi havalarda uçuram.

ARXİV

TƏQVİM

FACEBOOK